Tarix : 21-08-2017, 09:39 | Bölmə: Gundem, Bolge |
Dəmir Qəhrəmanov: “Elnur Yusubov heyvanlarımı fitnə-fəsad yolu ilə əlimdən almaq istəyir” 1 həftədir ki, oğlum əsgərliyə gedib, vətənə xidmət edir. Amma Elnur Yusubov ona cinayət işi açıb məndən 15 min pul tələb edir.

Ağcəbədi rayonu Rəncbərlər kənd sakini Qəhrəmanov Dəmir Dərgah oğlu Conflict.az-ın elektron poçtuna Azərbaycan Respublikası Daxili İşlər naziri cənab Ramil Usubova və mediaya ünvanladığı müraciətin bir surətini göndərib. Müraciəti olduğu kimi dərc edirik:
- Yazıb sizə bildirirəm ki, Ağcəbədi rayon Polisi Təhqiqat Şöbəsinin rəisi Elnur Yusubov məndən 15 min manat rüşvət istəyir. Mən halal zəhmət adamıyam, öz əlimin qabarı ilə çörək qazanıram, amma Elnur Yusubov vəzifə səlahiyyətlərindən istifadə edib rayonda onlarla mənim kimi vətəndaşı çapıb talayır. Mən kəndimin yanındakı çöl sahəsində mal-heyvan saxlamaqla məşğulam. Ağcəbədi rayon Polisi Təhqiqat Şöbəsinin rəisi Elnur Yusubov mənim mal-heyvanlarıma göz dikib fitnə-fəsad yolu ilə əlimdən almaq istəyir. Elnur Yusubovun mənsub olduğu mütəşəkkil dəstə adamları öyrədərək sahibkarların, ferması olanların, mal-heyvan saxlayanların üstünə salır, onları şərləyir saxta cinayət işi açır, insanların var-dövlətini əlindən alır, bu yolla külli miqdarda var-dövlət əldə edərək varlanırlar. Elnur Yusubovun öyrətdiyi Quliyev Hikmət Qənimət oğlu mal heyvanlarını yerimə salıb otarır və deyir ki, bu yer mənimdir. Mən ona iradlarımı bildirdikdə isə söyür, təhqir edir, maşınla mal-heyvanı vurur, mənə yumruq atır, öldürməklə hədələyir. O bu işləri ona görə edir ki, mən onu vurum və mənə cinayət işi açılsın. Dəfələrlə 102-yə zəng vurmuşam, heç bir reaksiya verilmir. Maraqlıdır ki, mən sonuncu dəfə 102-yə zəng edəndə Təhqiqatın rəisi həmin Elnur Yusubov Hikmətə zəng edib bildirdi ki, bu adam sizdən zəng edib, təcili ordan çıxıb gedin. Quliyev Hikmət Təhqiqatın rəisi Elnur Yusubovun məxsus olduğu mütəşəkkil dəstə ilə əlbir olduğundan, şantajçı polis işçilərinə pul qazandırdığından rayonda at oynadır, hər gün içkili vəziyyətdə yüksək sürətlə maşın sürür, kimi gəldi söyüb təhqir edir, döyür. Heç bir sürücülük vəsiqəsi olmadığı halda maşın sürür və yol polisinin onun ilə heç bir işi olmur.
Dəmir Qəhrəmanov: “Elnur Yusubov heyvanlarımı fitnə-fəsad yolu ilə əlimdən almaq istəyir”
Axırıncı dəfə içkili vəziyyətdə maşını mənim mal-heyvanımın üstünə sürüb, inəyimi vurdu. Oğlum ona etiraz etdikdə isə oğlumu yumruq ilə vurub. Biz hadisə yetinə gəldik və polisə şikayət ərizəsi yazdıq. Lakin yenə də bizim ərizəmizə baxılmadı. Əksinə, Təhqiqatın rəisi Elnur Yusubov Quliyev Hikməti çağırıb izahatını aldı ki, guya oğlum onu çubuqla vurub. Quliyev Hikmətə cinayət işi açmaq əvəzinə mənim oğlumu günahkar çıxardılar. İndi həmin situasiyaya görə təhqiqatın rəisi Elnur Yusubov məndən nə az, nə çox, 15 min manat pul istəyir. Deyir ki, həmin pulun 10 mini Quliyev Hikmətə, qalan 5 mini isə mənə çatacaq. Quliyev Hikmət fermerdir, pullu adamdır, boy-buxunu da 2 metrə yaxındır, mənim oğlum onu heç bir vəchlə vura bilməzdi, çünki oğlum arıq, sısqa adamdır. Oğlum bədəncə özündən 3, ya 5 dəfə böyük adamı necə döyə bilərdi? 1 həftədir ki, oğlum əsgərliyə gedib, Vətənə xidmət edir, amma Elnur Yusubov ona cinayət işi açıb məndən 15 min pul tələb edir. Pulu gecikdirdiyimə görə Elnur Yusubov Quliyev Hikməti öyrədib üstümə salıb. Quliyev Hikmət məni hədələyir ki, öldürəcəm. Qorxumdan evdən çölə çıxa bilmirəm. Onlar 15 min manatı məndən ona görə istəyirlər ki, elə mənim saxladığım mal-heyvanın qiyməti 15 min edir. Təhqiqatçı Elnur Yusubov 15 min pulu məndən otağında 2 şahidin yanında istədi. İndi də tez-tez çağırtdırır ki, gəl, pulu gətir. Mən 10 ildi mal-heyvan saxlayıram, yayda qızmar istidə, qışda isə qarda-çovğunda çöldə mal-qoyun otarıram, içimi soyuq alıb. Tək mən deyiləm, rayonda kim mal-heyvan saxlayıb artırır, onu bu cür iyrənc üsulla şərləyib var-dövlətini əlindən alırlar. Xahiş edirəm ki, soyğunçuların məni və mənim kimi halal zəhmət adamlarını şərləyərək talan etməsinin qarşısını alın.
Qəhrəmanov Dəmir Dərgah oğlu
Ağcəbədi rayonu Rəncbərlər kəndi
Mənim telefonum: 0506893302

Mövzuya qayıdacağıq.

Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərində qanuna müvafiq olaraq cavab haqlarını tanıyırıq və mövqeylərini dərc etməyə hazırıq.


Conflict.az
dle 10.1
(Reytinq:2)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla