Tarix : 21-08-2017, 09:13 | Bölmə: Gundem, Bolge |
“SÜLEYMAN BƏŞİROV İŞİ”NƏ LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAXACAQ İdarənin Respublika Əmək Müfəttişliyi tərəfində 20 min manat cərimə edilməsi SOS siqnalı olmalı idi.

Nəzdində 1 mədəniyyət sarayı, 7 mədəniyyət evi, 1 şəhər və 26 kənd klubu, mərkəzləşdirilmiş kitabxana sistemi, 63 kənd kitabxana filialları, rayon tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev muzeyi, Dövlət rəsm qalereyası, Uşaq musiqi məktəbi, Uşaq incəsənət məktəbi, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı fəaliyyət göstərən İmşli rayon Mədəniyyət və Turizm şöbəsində baş verən külli miqdarda korrupsiya faktı ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin apardığı istintaq işi yekunlaşaraq Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib. Xatırladaq ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan istintaq işi zamanı idarənin Emin adlı müstəntiqi dəfələrlə İmişliyə ezam edilib.
“SÜLEYMAN BƏŞİROV İŞİ”NƏ LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAXACAQ
Yuxarıda qeyd edilən və miqdarı yüz min manatlarla ölçülən korrupsiya faktı şöbənin sabiq müdiri Süleyman Bəşirovun rəhbərliyi dönəmində baş verib. Hal – hazırda Prezidentin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında müvafiq Sərəncamından sonra, bu qurum Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayon mədəniyyət və turizm şöbələrinin bazasında yaradılan Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin İmişli rayonu üzrə şöbəsi adı ilə fəaliyyət göstərir. Oxucuların diqqətinə onu da çatdıraq ki, mənimsənilən dövlət vəsaitinin miqdarının böyük məbləğdə olmasına baxmayaraq, Süleyman Bəşirov haqqında hələ ki, hər hansı hüquqi qərar qəbul edilməyib.
“SÜLEYMAN BƏŞİROV İŞİ”NƏ LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAXACAQ
Mənbənin verdiyi məlumata görə əsas araşdırma Süleyman Bəşirov tərəfindən ştata salınan “ölü canlar”və “aylıq ödəmələr”lə bağlıdır. Məlumatda o da qeyd edilir ki, İmişli rayon Mədəniyyət və Turizm şöbəsində baş vermiş və dəyəri yüz min manatlarla ölçülən korrupsiya faktında Maliyyə nazirliyinin İmişli rayonu üzrə Maliyyə idarəsinin rəisi Rəhim Rəhimovunda sorğulanması ehtimal edilir. Belə ki, mənbənin verdiyi məlumata görə İmişli rayonu üzrə Maliyyə idarəsi Mədəniyyət və Turizm şöbəsinə köçürülən dövlət vəsaitinin xərclənməsi ilə bağlı yetərincə nəzarət funksiyasını həyata keçirməyib. Onu da xatırladaq ki, bu proses uzun müddət davam edib. Nəticədə təmir və s. adlar altında yüz min manatlarla dövlət vəsaiti “yoxa çıxıb”. Məsələyə hüququn verdiyi yetkiyə dayanaraq baxılarkən Maliyyə İdarəsində Süleyman Bəşirovun əməllərindən xəbərsiz olmağın mümkünsüzlüyü ehtimal olunur. Çünki rayon Mədəniyyət Sarayının yenidən təmiri və digər maliyyə köçürülməsi prosesində ayrılmış dövlət vəsaitinin hansısa kiçik müəssisə və müəssisələrin hesabına yönləndirilməsi bəzi mətləblərdən xəbər verir. Bundan başqa baş verən hadisə ilk deyil. Hələ Süleyman Bəşirovun rəhbərliyi dönəmində idarənin Respublika Əmək Müfəttişliyi tərəfində 20 min manat cərimə edilməsi əsl SOS siqnalı olmalı idi.

“SÜLEYMAN BƏŞİROV İŞİ”NƏ LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAXACAQ
Media istintaq orqanı olmadığı üçün məsələnin daha əsaslı araşdırılması da imkanlarımız xaricindədir. Lakin yuxarıda gəlinən qənaəti isə məntiq söyləyir. Bundan başqa mənbənin verdiyi məlumata görə istintaqın ilk günlərində Mədəniyyət və Turizm şöbəsinin bəzi əməkdaşları eks-rəis Süleyman Bəşirovu müdafiə xarakterli izahatlar versələr də, hal – hazırda istinraqın yekununun türklər demiş “çox canları yakacağını” gördükləri üçün həmin şəxslər fərqli mövqe nümayiş etdirirlər. Bundan əlavə mənimsənilən dövlət vəsaitinin külli miqdarda olması, eyni zamanda həmin pulların təkrar dövlətə qaytarılması tələbi, prosesdə hətta müdafiə xarakterli iştirakçı olmağa belə marağ yaratmır. İmişli rayonu üzrə Maliyyə İdarəsinin bu prosesdə məəsuliyyətinə gəldikdə isə Rəhim Rəhimovun rəhbərlik etdiyi qurumun vəzifələrindən biri də ayrılan dövlət vəsaitinin sonrakı taleyi ilə bağlı qanunla müəyyən edilmiş formada məlumat almaq idı. İmişli rayonu üzrə Maliyyə İdarəsinin rəisinin bu imkanlarından istifadə etməməsi də maraqlı nüanslar ortaya çıxarır. Nədən Rəhim Rəhimov məhz İmişli Mədəniyyət və Turizm idarəsi tərəfindən aparılan sənədləşmə işlərinin əsl mahiyyətindən xəbərsiz olub? Əvvəla rayonda dövlət büdcəsindən ayrılan vəsaitə nəzarət funksiyasını həyata keçirən qurum və ya qurumlar olduğu halda nədən həmin vəsait mənimsənilməli idi? Və ya nədən məhz korrupsiya faktına görə istintaq hərəkətləri başlayıb?
“SÜLEYMAN BƏŞİROV İŞİ”NƏ LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAXACAQ
Xatırladaq ki, Maliyyə nazirliyinin İmişli rayonu üzrə Maliyyə idarəsinin rəisi Rəhim Rəhimov media gündəminə 50 illik yubileyini rayondakı restoranlardan birində xüsusi təmtəraqla keçirməsi ilə gəlmişdi. Rəhim Rəhimovun təmtəraqlı ad günü şousundan bir müddət sonra isə media bu şəxsin rayonda fəaliyyət göstərən şadlıq saraylarından birində keçirilən toy məclisində hadisə törətdiyi haqda məlumatlar dərc etdi. Dəyərli oxucuların diqqətinə çatdıraq ki, həmin hadisədən sonra Rəhim Rəhimov görəvindən alındı və İmişli Maliyyə idarəsinn müdiri haqqında istintaq hərəkətləri başlanıldı.
“SÜLEYMAN BƏŞİROV İŞİ”NƏ LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAXACAQ
Lakin bir müddət sonra Rəhim Rəhimov “sehirli çubuğun” köməyi ilə yenidən görəvinə döndü. Mənbənin verdiyi məlumata görə görəvə yenidən dönüşdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşovun müstəsna xidməti olub. Məlumatı verən mənbə onu da əlavə etdi ki, Rəhim Rəhimovun Süleyman Bəşirov qovğasından da fəsadsız qurtulacağı gözlənilir.


Mövzuya qayıdacağıq.

Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərində qanuna müvafiq olaraq cavab haqlarını tanıyırıq və mövqeylərini dərc etməyə hazırıq.


Conflict.az
dle 10.1
(Reytinq:4)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla