Abbasla görüş

Gündəm / Dünya

51

Abbasla görüşAbbasla görüşABŞ prezidenti Donald Tramp danışıqlardan sonra bildirib ki, İsrail və Fələstin liderləri sülh sazişi üzərində işləməyə söz verdilər.

ABŞ prezidenti əminliyini ifadə edib ki, İsrail və Fələstin sülh üçün razılaşa bilərlər.
“Mən həqiqətən ümid edirəm ki, Amerika İsrail və Fələstinə sülhə gəlməyə, region və onun xalqları üçün yeni ümid gətirməyə kömək etməyə qadirdir. Mən həmçinin inanıram ki, İsrail və Fələstin sülh sazişi bağlaya bilərlər. Bu, bütün Yaxın Şərq üzrə barışıq prosesinə start verəcək və böyük nailiyyət olacaq. Prezident Mahmud Abbas məni inandırıb ki, o bu hədəf üçün vicdanla işləməyə hazırdır. İsrailin baş naziri Benyamin Netanyahu da eyni sözü verib”, - Tramp bildirib.
***
ABŞ prezidenti Donald Trampın Fələstin lideri Mahmud Abbasla danışıqları başlayıb.
Conflict.az Fransanın AFR agentliyinə istinadən xəbər verir ki, görüş Mahmud Abbasın Vifleyem şəhərindəki iqamətgahında keçirilir.
Bu Trampın vəzifəyə gəlişindən bu yana Fələstin lideri ilə üçüncü görüşüdür.
ABŞ prezidenti dünən Qüdsə gəlib. O, Fələstin-İsrail münaqişəsinin nizama salınması üzrə sazişi “ən mürəkkəb saziş” adlandırıb.

Conflict.az