Kikboksçumuz erməniyə qalib gəlib Dünya kubokunu qazandı

Gündəm / İdman

208

Kikboksçumuz erməniyə qalib gəlib Dünya kubokunu qazandı Gürcüstanın paytaxtı Tiflisdə peşəkar kikboksinqin K-1 versiyasi üzrə dünya kuboku uğrunda döyüşlər keçirilib.
Conflict.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, milli komandamız yarışa 3 idmançıyla qatılıb.
Ölkəmizi 45 kq çəkidə Nicat Nəcəfzafə, 75 kq-da Nicat Vəliyev, 86-kq-da isə Xəyal Əhmədov təmsil edib.
Kikboksçularımızın hər üçü döyüşlərini qələbəylə başa vurub. Xəyal Əhmədovun qələbəsi isə xüsusi qeyd olunmalıdır. Erməni kikboksuçu Qoçaryanla qarşılaşan Xəyal rəqibini bütün komponentlərdə üstələyərək parlaq qələbə qazanıb. Erməni idmançı Əhmədovun zərbələri önündə 2-ci raundun ortalarına qədər davam gətirə bilib. Ermənini nokauta salan Xəyal Əhmədov Dünya Kubokuna sahib çıxmaqla azarkeşlərinə özünəməxsus Novruz bayramı hədiyyəsi edib.