İmişlidə vətəndaş çəkiclə obyektlərə hücum edib

Gündəm / Bölgə

304

İmişlidə vətəndaş çəkiclə obyektlərə hücum edib İmişli şəhərində maraqlı olay yaşanıb.
Conflict.az Avropa.info-ya istinadən xəbər verir ki, İmişli sakini Baloğlan adlı şəxs əlində çəkic şəhərin mədəniyyət evinin qarşısında yenicə tikilməkdə olan ticarət obyektlərinə hücum edib.
Obyektlərin qanunsuz olaraq tikildiyini deyən bu şəxs yolun bağlandığını bildirib. Şəhər sakinləri və əraziyə sonradan gələn polis əməkdaşlarının səyi nəticəsində Baloğlan adlı şəxsi ərazidən uzaqlaşdırmaq mümkün olub. Onun rayon polis şöbəsi rəisinin sürücüsünün qardaşı olduğu bildirilir.
Qeyd edək ki, İmişlidə mədəniyyət evinin qarşısının biznesmenlərə satılması rayonda narazılığa səbəb olub. Rayon sakinləri bunun icra başçısı Vilyam Hacıyev tərəfindən edildiyini deyirlər.
Xatırladaq ki, bundan öncə, İmişlidə Şəhidlər Xiyabanı ərazisinin satılması məsələsi də ciddi qalmaqala səbəb olmuşdu.