Tarix : 9-02-2017, 10:06 | Bölmə: Gundem, yazar |
HACI BAKİR HƏSƏNBƏYLİ – BİTMİŞ OYUN QAYDALARI İLƏ OYNAMA… Kimin nə və ya hansı formada yanaşmasından aslı olmayaraq ölkə iqtisadi böhranın episentrindədir. “Bizdən yan keçdi”, “böhrandan çıxdıq” və s. ifadələr sadəcə daxili auditoriya üçün oxunan hekayədir.

Əgər hökümət möhtac təqaüdçüsünün aylıq gəliri ilə oynayırsa, “plitkanı taxıb, pəncərəni açıq qoyub” bəhanəsi ilə məcburi qaçqınının çörəyinə, işığına, suyuna əl uzadırsa demək bu böhrandır. Cari ilin büdcəsinə əlavə etmək üçün öz vətəndaşından alacağı cərimənin miqdarını öncədən göstərirsə konkret böhranın SOS-dur. Ölkənin milli valyutasının “qətlindən” sonra “qatil” dolların yaxalanmasında zorluqlar çəkən hökümətin “o dalğıca (vodolaz – H.B.H) çevrilib dəryanın dərinliyinə baş vurdu və ya paraşütlə barmağımız belə girməyən yerə istiqamət alaraq üçdu kimi yorumları çarəsizlik sindromudur. Belə vəziyyətlərdə dilinin varlığını belə unutmuşlar dövriyyəyə girirlər. Kimi hökumətin son addımlarının məhz xalqın sosial – iqtisadi inkişafı naminə atıldğını, kimi gündəlik bir tikə çörək peşində koşan çarəsizin bu qərardan sonra mutluluq bayqınlığı keçirdiyini, kimi limiti əlindən alnmış qaçqının xoşbəxtlik krizinə girdiyini, kimi də azərbaycanlının hələ bu vəziyyətində belə ”Avropadan da, Amerikadan da yaxşı yaşadığını” – deyir. Bunlar məqsədli oynadılanlardırlar. Lakin nə zədə almış, nə də yorulmuş oyunçunu dəyişmirlər. Bunlara heç meydançadan çıxmış topu da daşıtdırmırlar. Bunlar öz komandaları xəta etdiyi halda etiraz edən digər komanda üzvlərinə butulka, daş atmaq üçün meydançaya gətirilən sürüdürlər. Pulun miqdarı, döşün nişanı, villanın böyüklüyü, avtomobilin qiyməti bu tiplərin vicdan göstəricisidir. Bunlar ya çiynlərində əl, ya da bir yerlərində təmas hiss etdikdə böyük olurlar. Bunlar eşşəkin belinə radar bağlayıb kolluqda sürücü güdən serjantın ya atasıdır, ya da qardaşı. Bunlar “pul, qızıl, cəvahirat, budur mənim Allahım” – deyənlərin (min kərə tövbə - H.B.H) ya əmisidir, ya da dayısı. Bunlar gündüz sevgilisindən alıdığını axşam ərinə gətirən qadının oğullarıdır. Bunlar əlli il namaz qılıb vicdanını qurşaqdan da aşağı tapmayanların yegənləridir. Allahın Rəsulu (s.ə.s) sevimli səhabəsi ibn Məsuda nəsihət edərkən “əgər bir insanın həyası yoxdursa, nə istəsə edə bilər” – demişdi. Bunlar həyadan qurtulmuşlardır. Raconu pozulmuş, amma hələ də cirit atan “ağır abi” tipləridir. Fərqində deyilər ki, onların bu günki durumu kəsilmiş barmağa məhz el deyimi ilə söylənilən ilkin müdaxilə zamanl istifadə ediləndən başqa bir şey deyil. Yanlışın içində olduqları üçün sadəcə doğru görülməzdir onlar üçün. Bunlar bataqlıq sakinləridir. Tanrı isə bataqlığı insanın yaşaması üçün qərar verməyib. Bəsirət təfəkkürə bağlıdır. Yola çıxdıqlarını yolda tapdıqlarına dəyişənlərin sonu yorulmuş atlar kimi olur. Bu gerçək hələ ki, görünənin arxasındadır. Normalda kimsədən təbiətinə uyğun olmayan təbiət gözləmək ən böyük yanlışdır. Insanlar mahiyyətləri ilə doğulurlar. Dünyanın ən axmaq adamı belə çaqqla sən qurdsan deməz. Bəzən qarşındakı ilə anladığı dildən danışmayanda üzünə - gözünə bulaşılmanın davamlı şahidliyini etmək zorunda qalırsan. Xarakteri olmayanlar kafalarına sıxan salaklar kimidir. Esenbax deyirdi ki, - Kobudluq ruhi zəiflikdir. Kobudlar nəinki özlərinə, hətta insanlığa inancın məsumiyyətini kirlədirlər. Hansısa bədəvi ərəbin əlindəki yad cismin bədənilə təmas halında “ata” olduğunu xatırlayanlarla sonda şəkil çəkdirirlər. Huqo deyirdi ki: Həyatda uğur qazanmaq üçün alçaq olmaq da kifayət etmir. Bitmiş oyun qaydaları ilə oynama. Üslubun xoşuma gəlmir.

Conflict.az dle 10.1
(Reytinq:5)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla