Taleh ƏLİYEV - Məcburi köçkünlərin Əlaqələndirmə Mərkəzi yaradılmalıdır

Gündəm / yazar

402

Taleh ƏLİYEV - Məcburi köçkünlərin Əlaqələndirmə Mərkəzi yaradılmalıdır Məcburi köçkünlərin kommunal güzəştlərinin ləğvi haqqında Prezident Fərmanının yataqxana və yarımçıq binalarda yaşayan məcburi köçkünlərin həyat şəraitini daha da pisləşdirəcəyi haqqında bir neçə gün (24.01.2017) öncə öz narahatlığımı ifadə etmişdim.
Səbəb kimi qeyd etmişdim ki, yataqxana və yarımçıq binalarda yaşayan məcburi köçkünlərin istifadə etdiyi yeganə istilik qaynağı olan elektirik enerjisinin istehlakı hökumətin müyyən etdiyi aylıq limiti aşması qaçılmazdır. Bu isə maddi vəziyyəti qənatbəxş olmayan insanların həyat şəraitini daha da pisləşdirəcək. İcrasına dərhal başlanan sayğaclaşma prosesi (Vaxtilə Prezident vəzifəli şəxslərin gəlir deklarasiyası haqqında da bir fərman imzalamışdı. Amma üstündən illər keçsə də hələ ki, Fərman icra olunmur- T.Ə.) artıq vətəndaş - məmur qarşıdurmasına gətirib çıxarıb. Mənə elə gəlir ki, gerçəkdən burada bir sabataj siyasəti var. Məcburi köçkünlərlə höküməti üz-üzə qoymaq görünür birilərinin işinə yarayır. Axı sadə vətəndaş - məcburi köçkün nə deyir?!
AY HÖKUMƏT! Mənim yaşadığım məkanı - evi istiliklə təmin etmək üçün qaz və ya istilikxana ilə təmin et. Məni elektirik enerjisindən asılı vəziyyətdə saxlama! Amma yerli hakimiyyət orqanları və adiyyatı qrumlar yuxarıda qeyd edilən problemi çözmədən sadəcə ZOR GÜCÜNƏ sayğaclaşdırma prosesinin davam etdirirlər. Hesab edirəm ki, məcburi köçkünlərin məqsədli birilərinin bu çirkin siyasətinin qurbanı olmaması üçün yataqxana və yarımçıq binalarda məskunlaşmış məcburi köçkünlərin Əlaqələndirmə Mərkəzi yaradılmalıdır. Əlaqələndirmə Mərkəzi dərhal aidiyyatı qrumlarla danışıqlar aparmalıdır. Əks halda bu gün sözlə ifadə edilən narazılıqlar sabah arzuolunmaz qarşıdurmalarla nəticələnə bilər. Düşünün, gec deyil!

Conflict.az