VLADİMİR PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG EDİB

Gündəm

128

VLADİMİR PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG EDİBRusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24- də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Prezidentlər iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
Söhbət zamanı ikitərəfli əlaqələrin gələcək inkişafının müxtəlif istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub.

Conflict.az