BAKININ MƏRKƏZİNDƏ GƏNC QADINI MAŞIN VURUB

Gündəm / Hadisə

133

BAKININ MƏRKƏZİNDƏ GƏNC QADINI MAŞIN VURUBGecə saatlarında Bakının Heydər Əliyev prospektində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Conflict.az "Report"a istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində yolu keçmək istəyən 34 yaşlı Xəyalə İmanəli qızı Kərimovanı avtomobil vurub.

Sürücü ağır xəsarət alan piyadanı xəstəxanaya özü çatdırıb. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirirlər.

Conflict.az