ALİ BAŞ KOMANDAN ÜÇ ÖLKƏYƏ SƏFİR TƏYİN ETDİ

Gündəm / Siyasət

116

ALİ BAŞ KOMANDAN ÜÇ ÖLKƏYƏ SƏFİR TƏYİN ETDİPrezident İlham Əliyev D.A.Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

***

İlham Əliyev E.P.Poluxovun Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

***
İlham Əliyev L.S.Qəndilovun Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

Conflict.az