Bakıda avtomobil yandı, Xaçmazda isə maşın aşdı

Gündəm / Hadisə

157

Bakıda avtomobil yandı, Xaçmazda isə maşın aşdıXaçmazda yük maşını aşıb.

Hadisə ötən gün axşam saatlarında Gəndob-Yalama yolunun Xaçmazın Gödəkli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisəyə səbəb 90-CV-266 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil olub. Ötmə əməliyyatı zamanı Bakı istiqamətində hərəkət edən 90-FR-487 dövlət nömrə nişanlı “Qazel” markalı yük avtomobilini yoldan çıxararaq qəza törədib. Nəticədə yük avtomobili yolun kənarına aşıb.Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, yük avtomobilində olan 3 tona yaxın alma ətrafa dağılıb. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.
***
Bakıda da yanğın hadisəsi qeydə alınıb.
Xəbərə görə, yanğın şəhərin Nizami rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:12-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Conflict.az