TEXNOLOGİYA SAHƏSİNİN LİDERLƏRİ İLƏ GÖRÜŞ — 3 TRİLYON DOLLARLIQ DANIŞIQLAR MASASI

Gündəm

147

TEXNOLOGİYA SAHƏSİNİN LİDERLƏRİ İLƏ GÖRÜŞ — 3 TRİLYON DOLLARLIQ DANIŞIQLAR MASASIABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp texnologiya dünyasının liderləri ilə görüşüb.

Tramp liderlərə yanlarında olduğunu deyib.

Danışıqlarda iştirak edən şirkətlərin ümumi dəyəri 3 trilon dollardır. Tramp görüşdə şirkət rəhbərlərinə deyib: "Dünyada sizin kimi insanlar yoxdur. Yanınızdayam və sizə kömək etmək üçün burdayam".

Trampın məqsədi texnologiya mərkəzi kimi qəbul edilən Kaliforniya əyaləti ilə Ag Ev arasında münasibətləri inkişaf etdirməkdir. Seçki kampaniyasında istehsal edilən məhsulların ABŞ sərhədlərindən kənarda satılmasını tənqid edən Donald görüşdə beynəlxalq ticarət müqavilələrini inkişaf etdirmək və Amerikanın texnologiya şirkətləri üçün ticarəti daha da asanlaşdırmağa söz verdi.

Tramp bildirib ki, şirkət rəhbərləri istədiyi vaxt ona və adminstrasiya üzvlərinə zəng edə bilərlər.

Conflict.az