Yollarda vəziyyət necədir?

Gündəm / Cəmiyyət

51

Yollarda vəziyyət necədir?Hazırda Bakının yollarında nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.

Yolların hərəkət hissəsi qar və buzdan təmizləndiyindən nəqliyyat vasitələri, o cümlədən də sərnişin avtobuslarının hərəkətində hər hansı bir çətinlik yoxdur. Bu, Bakı Nəqliyyat Agentliyindən (BNA) Ölkə.Az-a daxil olan məlumatda bildirilib.

"Ötən gün axşam saatlarında paytaxtda müşahidə edilən hava şəraiti nəzərə alınaraq, şəhərdaxili əsas magistral avtomobil yollarında (Heydər Əliyev prospekti, Zığ-Hava Limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə) nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi səhər saatlarında 20 km/saat, axşam isə daha 10 km/saat endirilib. Hazırda paytaxt yollarında vəziyyət normal olduğundan sürət həddi 10 km/saat qaldırılaraq standartdan 20 km/saat aşağı məsafədə saxlanılıb", - deyə BNA-nın məlumatında qeyd edilib.

Conflict.az