Türkiyəyə qarşı sərt olmaq lazımdır — Libermandan skandal bəyanat

Gündəm / Dünya

182

Türkiyəyə qarşı sərt olmaq lazımdır — Libermandan skandal bəyanatİsrailin müdafiə Naziri Aviqdor Liberman skandal bəyanatla çıxış edib.

Nazir Avropa İttifaqını Türkiyəyə qarşı daha sərt siyasət tətbiq etməyə çağırıb.

"Haaretz" qəzetinin Avropalı diplomatlardan aldığı məlumata görə, Liberman keçən həftə Avropa xarici işlər və müdafiə nazirləri ilə görüşüb. Görüşdə "Türkiyəyə qarşı daha sərt siyasət tətbiq etməlisiniz. Ərdoğanla münasibətləri necə qurmaq məsələsində Putinin hərəkətlərini və etdiklərini nəzərə almalısınız" deyib.

Avropalı nazirlərlə Türkiyədə 15 iyul hərbi-çevriliş cəhdindən sonra baş verənləri müzakirə edən Liberman "niyə səsinizi çıxarmırsınız? Ərdoğana təzyiq etmək üçün əlinizdə çoxlu imkan var" deyib.

Conflict.az