MƏCBURİ KÖÇKÜN AİLƏSİNDƏN ŞİKAYƏT - “BİZƏ QAZ VERİLMİR”

Gündəm / Bölgə

194

MƏCBURİ KÖÇKÜN AİLƏSİNDƏN ŞİKAYƏT - “BİZƏ QAZ VERİLMİR”Bərdə rayonu, Zöhrabbəyov küçəsindəki çayxana binasında məskunlaşan 3 ailə illərdir qazsız qaldıqları üçün müraciət edib.

Şikayətçilər bildirib ki, 1993-cü ildə Elbrus Abbasov binanı özəlləşdirib və həmin vaxtdan binaya qaz çəkilməsinə icazə vermir. Bina sakini Telman Orucov bildirib ki, problemlə bağlı bütün aidiyyatı qurumlara müraciət edilsə də bir nəticə olmayıb: “Binanın yaxınlığından qaz xətti keçsə də bizə çəkilmir. Bizim binada köhnə qaz xətti var. 3 ildir ailə həyatı qurmuşam, yoldaşım hər qış qalmaq üçün ailəsinin evinə gedir. Uşaqlar soyuğa dözə bilmir. Artıq müraciət etmədiyimiz qurum qalmayıb. İcra Hakimiyyətinə, millət vəkilimiz Bəxtiyar Sadıqova, nazirliklərə müraciət etmişik. Ancaq müsbət cavab ala bilmirik”. “Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev məsələyə münasibət bildirən zaman hər hansı bir tikiliyə qaz xəttinin çəkilməsi üçün sahibi tərəfindən müraciət edilməli olduğunu bildirib. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.\Qafqazinfo\

Conflict.az