RUSİYA: “ABŞ AVROPA ÜÇÜN TƏHDİDDİR”

Gündəm / Dünya

154

RUSİYA: “ABŞ AVROPA ÜÇÜN TƏHDİDDİR”Avropanın təhlükəsizliyi üçün real təhdid Rusiya deyil.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov söyləyib. Onun sözlərinə görə, Avropa üçün əsas təhdid qitənin avropalı olmayan silahlar və hərbçilərlə doldurulmasıdır:

“Rusiya öz ərazilərinin istənilən yerində silah yerləşdirmək haqqına sahibdir. Avropa üçün əsas təhdid ABŞ hərbi siyasətidir”.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət Departamenti Rusiyanın İsgəndər raketlərinin Avropa üçün təhdid olduğunu bildirib.


Conflict.az