NATO-DAN MÜHARİBƏ ELANI

Gündəm / Dünya

171

NATO-DAN MÜHARİBƏ ELANI NATO-nun yüz minlərlə hərbi qulluqçusu Rusiya ilə münasibətlərdə artan gərginlik fonunda daha yüksək döyüş hazırlığı vəziyyətinə gətiriləcək.

Conflict.az “The Times” nəşrinə istinadən xəbər verir ki, bu haqda hərbi ittifaqın baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, NATO rəhbərliyi Rusiyanın təcavüzünü dayandırmaq üçün əhəmiyyətli quru gücləri hazırlamaq fikrindədir. Nəşr qeyd edir ki, Stoltenberq yüksək döyüş hazırlığı vəziyyətinə gətiriləcək qüvvələrin dəqiq sayını açıqlamayıb.
Ancaq Böyük Britaniyanın NATO-dakı daimi nümayəndəsi Adam Tompson deyib ki, söhbət 300 min hərbi qulluqçudan ibarət operativ reaksiya güclərindən gedir. Onun yaradılması iki aydan 6 aya kimi çəkə bilər. Qoşunlar NATO-nun maksimal sürətli operativ reaksiya bölmələrinə bağlı güclər kimi çıxış edəcəklər.
Qeyd edək ki, NATO-nun dörd əlavə batalyonu 2017-ci ilin mayında Baltikyanı ölkələrdə və Polşada yerləşdiriləcək. Rusiya öz növbəsində, dəfələrlə bildirib ki, NATO qoşunları və infrastrukturunun onun sərhədlərinə yaxınlaşmasına təhdid kimi baxır.

Conflict.az