"RUSİYA NATO-NUN POLŞA VƏ BALTİKYANI ÖLKƏLƏRƏ QOŞUN GÖNDƏRMƏSİNİ CAVABSIZ QOYMAYACAQ"

Gündəm / Dünya

128

"RUSİYA NATO-NUN POLŞA VƏ BALTİKYANI ÖLKƏLƏRƏ QOŞUN GÖNDƏRMƏSİNİ CAVABSIZ QOYMAYACAQ"Rusiya NATO-nun 2017-ci ilin əvvəlində Polşa və Baltikyanı ölkələrə dörd batalyon göndərməsini cavabsız qoymayacaq.

Bunu Rusiyanın Şimali Atlantika Alyansındakı daimi nümayəndəsi Aleksandr Qruşko "İzvestiya" qəzetinə bildirib.

"NATO-nun Uelsdəki sammitindən bu yana alyans ölkələrinin nazirlər səviyyəsində keçirilən görüşləri Rusiya-NATO münasibətləri üçün, təəssüflər olsun ki, hər hansı bir müsbət siqnal verməyib. Alyansın tutduğu hazırkı yol get-gedə uzunmüddətli xarakter almağa başlayır. Xüsusilə, alyansın qondarma Şərq "cinahı"nın möhkəmləndirilməsi çərçivəsində batalyon səviyyəsində "gücləndirilmiş" çoxmillətli kontingentlərin formalaşdırılması prosesi gedir və bu batalyonlar 2017-ci ilin əvvəlində Baltik ölkələri və Polşada yerləşdiriləcək", – deyə Qruşko bildirib.

O, "NATO tərəfindən görülən tədbirlərin cavabsız qalmayacağını" qeyd edib. Diplomat, həmçinin bildirib ki, alyans Qara dəniz ərazisində də öz mövcudluğunu gücləndirir.

Conflict.az