İlham Əliyev ərəb şeyxi ilə görüşdü

Gündəm

196

İlham Əliyev ərəb şeyxi ilə görüşdü Prezident İlham Əliyev Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumla görüşüb.
Conflict.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, aprelin 2-də rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun geniş tərkibdə görüşü olub.

Qeyd edək ki, rəsmi qarşılanma mərasimində hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumu qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma raport verib. Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum rəsmi foto çəkdiriblər.