ÜZƏRİNDƏ XƏSARƏTLƏR OLAN KİŞİ MEYİDİ TAPILDI

Gündəm / Hadisə

162

ÜZƏRİNDƏ XƏSARƏTLƏR OLAN KİŞİ MEYİDİ TAPILDIBakıda üzərində xəsarətlər olan kişi meyiti tapılıb.

Bu barədə Suraxanı rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə oktyabrın 12-də baş verib. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində küçədən üzərində xəsarətlər olan meyit tapılıb. Aparılan araşdırmalar zamanı meyitin Məmmədov Zakir Fərrux oğlu olduğu müəyyənləşib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. İstintaq orqanında cinayətin baş vermə səbəbləri araşdırılır.\Trend.az\



Conflict.az