PAPA İLHAM ƏLİYEVLƏ GÖRÜŞDÜ

Gündəm

166

PAPA İLHAM ƏLİYEVLƏ GÖRÜŞDÜOktyabrın 2-də Azərbaycan Respublikasına pastoral səfərə gələn Roma Papası Fransiskin rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın və Müqəddəs Taxt-Tacın bayraqlarının dalğalandığı meydanda Roma Papasının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiski qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Roma Papası Fransiskə raport verib.

Müqəddəs Taxt-Tacın və Azərbaycanın himnləri səsləndirilib.

Prezident İlham Əliyev və Roma Papası Fransisk fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Roma Papası Fransisk Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Roma Papası Fransiskə, Müqəddəs Taxt-Tacın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Roma Papası Fransiskin qarşısından keçib.

Prezident İlham Əliyev və Roma Papası Fransisk rəsmi foto çəkdiriblər.

Azərbaycan Prezidenti İlham Əliyevin Roma Papası Fransisklə təkbətək görüşü başlayıb.

Conflict.az