BMT-DƏ İSLAHATLAR APARILMALIDIR

Gündəm / Siyasət

99

BMT-DƏ İSLAHATLAR APARILMALIDIRTürkiyə prezidenti Rəcəb Tayip Ərdoğan BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı təşkilatda bəzi islahatların keçirilməsinin vacibliyini qeyd edib.

Ərdoğan bildirib ki, ilk növbədə təhlükəsizliyin təminatına dair qərarların qəbulu sahəsində islahatlara ehtiyac var:

“BMT-də islahatların aparılmasının vaxtı çatıb. Bu baxımdan baş katib Pan Qi Mun tərəfindən bundan əvvəl irəli sürülən təşəbbüslər çox mühümdür. İlk növbədə təhlükəsizliyin qorunması sahəsində qərarların qəbulu sistemində islahatlar keçirilməlidir. BMT TŞ-nin beş daimi üzvü təklikdə bu cür qərarlar verə bilmir”.

Ərdoğan həmçinin qeyd edib ki, “Ərəfat qalxanı” əməliyyatının məqsədi Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasıdır.



Conflict.az