DAŞINMAZ ƏMLAKIN DÖVLƏT REYESETİ XİDMƏTİNİN 16 SAYLI ƏRAZİ İDARƏSİNİN QEYDİYYAT ŞÖBƏSİNDƏ RÜŞVƏT QALMAQALI

Gündəm / Bölgə

221

DAŞINMAZ ƏMLAKIN DÖVLƏT REYESETİ XİDMƏTİNİN 16 SAYLI ƏRAZİ İDARƏSİNİN QEYDİYYAT ŞÖBƏSİNDƏ RÜŞVƏT QALMAQALI Göyçay rayonu Cəyirli kəndi sakini Əhmədov Rəcəb Rahman oğlu tərəfindən şikayət məktubu daxil olub.

Vətəndaşın xahişini nəzərə alıb məktubu olduğu kimi ixtiyarınıza veririk:

Göyçay rayonu Cəyirli kənd sakiniyəm.1998-ci il tarixli aqrar islahatlar zamanı bizim də ailəyə 22 sot pay torpağ sahəsi düşüb.Həmin pay torpağ sahəsinə çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin qeydiyyat şöbəsinin müdiri İsmayıl Şirinov məndən rüşvət istəyir.Maddi imkanım olmadığı üçün məni uzun müddətdir ki, süründürməçiliyə məruz qoyub. Buna görə şikayətimi çatdırmaq üçün 30 sentyabr 2016-cı il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Zərdab rayonunda Ucar, Göyçay, Ağcabədi və Zərdab rayon sakinlərini qəbul edəcək.Kərəm Həsənovun qəbuluna döşüb şikayətimi etmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinə onlayn müraciət etdim.Təxminən bundan üç gün sonra Əmlak Məsələləri Dövlət Komitəsindən mənə zəng olundu.Kərəm Həsənovun qəbuluna nə üçün düşmək istəməyimin səbəbini sotuşdular.Mən də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin qeydiyyat şöbəsinin müdiri İsmayıl Şirinov məndən rüşvət istəməsindən şikayət edəcəyimi bildirdim.Səhəri günü İsmayıl Həsənov mənim telefonuma zəng edib qəbula getməməyi məsləhət bildi və dedi ki, gəl idarəyə torpağına çıxarış verəcəm.Mən isə bundan imtina etdim ki, bəsdir məni süründürdün, mən nəyin bahasına olur-olsun Kərəm müəllimin qəbuluna gedəcəyəm.Məni narahat edən budur ki, axı nə üçün Əmlak Məsələləri Dövlət Komitəsi mənim Kərəm Həsənovun qəbuluna düşmək istəməyimi barəsində şikayət etdiyim vəzifəli şəxsə məlumat verir. Qeyd edim ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin qeydiyyat şöbəsinin müdiri İsmayıl Şirinov tək məndən yox çoxlusayda vətəndaşlardan rüşvət tələb edir. İmkanı olan rüşvət verib mülkiyyətinə reyestr çıxarışı ala bilir imkansızlar isə mənim kimi süründürməçiliyə məruz qalır. İsmayıl Şirinovun mənə zəng edib danışdığı səs yazısı var ki, həmin səs yazısı olan diski 30 sentyabr 2016-cı il tarixdə Zərdab rayonunda Kərəm Həsənova təqdim edəcəyəm. Mətbuat vasitəsi ilə də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənova müraciət edib xahiş edirəm vəzifə səlahiyyətlərindən sui-istifadə edib korrupsiyaya qurşanmış İsmayıl Şirinovun barəsində cidi tədbirlər görəsiniz.\Dosye.org\


Conflict.az