Baxçalı ABŞ səfirinə yerini göstərdi: "Türkiyə ABŞ-ın 53-cü əyaləti deyil"

Gündəm / Dünya

91

Baxçalı ABŞ səfirinə yerini göstərdi: "Türkiyə ABŞ-ın 53-cü əyaləti deyil"Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ABŞ-ın Ankaradakı səfirinə sərt cavab verib.

Conflict.az xarici mediaya istinadən xəbər verir ki, MHP lideri ABŞ səfirini səlahiyyətlərini aşmaqda günahlandırıb: “ABŞ səfiri həddini aşır və Türkiyəyə hörmətsizlik edir. Türkiyə ABŞ-ın 53-cü əyaləti deyil. Türkiyə müstəqil, milli və qürurlu bir dövlətdir”.

D.Baxçalı həmçinin qeyd edib ki, “FETÖ” ilə əlaqəsi olmuş bütün şəxslər zərərsizləşdirilməlidir: “Onlar işlədikləri qurumlardan da dərhal çıxarılmalıdır”.

Conflict.az