ZAQATALADA SƏHİYYƏNİN FINDIQ SEZONU - CƏNAB NAZİR BUNADAMI SUSACAQSINIZ...?

Gündəm / Səhiyyə

183

ZAQATALADA SƏHİYYƏNİN FINDIQ SEZONU - CƏNAB NAZİR BUNADAMI SUSACAQSINIZ...?  Zaqatala səhiyyəsi reanimasiya dönəmindən ölü dönəminə artıq keçdi.

Dəfələrlə Zaqatala əhalisinin səsini Səhiyyə naziri Oktay Şirəliyevə çatdırsaqda bu günə qədər hansısa səbəblərdən nazir susmaqdadır. Cənab nazir Zaqatala səhiyyəsini etibar etdiytiniz Leyla Seyid əliyeva idarəciliyi itidiyi artıq göz önündədir. Bir rəhbərki Zaqatala əhalisini və onların sağlamlığına keşik çəkən 27 il səhiyyədə can qoymuş şəxsləri rus dilində təhqir etməkdən çəkinmirsə buna sizcə nə ad verilə bilər. ANA və Uşaq ölümlərinin artması, hətta ölən körpələrin kimliklərindən bixəbər olan Seyidəliyeva komandası, artıq ölən körpələri dəyişik salaraq valideynə cəsədin verdikdən üç gün keçdikdə körpə cəsədini səhv verdiklərin bildirərək qəbrdən cəsədi çıxararaq xəstəxanaya verilməsin tələb edəcək qədər özlərin itirmişdirlər. Cənazəni aparan təcili tibbi avtomobilinin cənazə sahibindən pul tələb etməsidə bunun artıq gözlərini bağlayıb insani hisslərini itirdiklərinə dəlalət etməkdədir. Redaksiyamıza daxil olan bir ilginc fotoda isə Zaqatala səhiyyəsi insan sağlamlığına deyil əsas iş saatlarını dövlət qeyddiyyatı 62 AC 467 olan səhiyyə avtomobilini fındıq təmizləmədən gələn fındıqların dalınca yollamaqdadır. L. Seyidəliyevanın qanunsuz pul tələbləri və qeyri qanuni iş idarəçiliyi artıq göz qarşısındadır. Bir çox avtobus və taksi fəaliyyətində olduğu kimi artıq Zaqatala səhiyyəsindədə təcili yartım maşınlarına plan qoyulub ki, bunuda məhs təsərüfatdan gələn gəlirlərlə ödəyərək işini itirməməyi sığortalamaq mümkün olan variant kimi qiymətləndirmək mumkün olur. Artıq bunada nazir susmaz dövlət əmlakını mənimsəyərək öz maraqlarına qulluq edə biləcək sistemin yaratmaq ideyası bu gün Leyla Seyidəliyevanın çirkablarını artıq ifşa etmişdir. Günü gündən əmlak və pulunun sayını artıran baş həkim göstərilən ehtimadları doğrultmaması göz önündədir. Buyurun sizdə izləyin cənab Nazir.... Zaqatala sakinləri redaksiyamıza müraciət ünvanlayıb. Həmin müraciətidə olduğu kimi sizlərə təqdim edirik. Vətəndaş Kamilə Əliyeva bir qrup sakinlər adından qeyd edir. Zaqatala səhiyyəsi öznün acınacaqlı son dövrlərini yaşamaqdadır. Bu bir tərəfdən naşı hıkimlər ordusunun artması ilə bağlıdırsa digər tərəfdən isə sağlamlıq ocaqlarına qeyri peşəkar, hipokrat andından uzaq., idarə etmə mədəniyyəti olmayanadamların rəhbərlik etməsi ilə bağlıdır. Nəticə də iki qat faciə verir. Digər yandan isə xəstələrin talehi oyuncağa çevrilib. Baş Həkim Leyla Seyidəliyeva peşə etikasını unudaraq, daxili intiriqala, çəkişmələr nəticəsində layiqli mütəxəsislərin qururunun alçaldılması, şərəfli həkim nüfuzunun məh edilməsi ilə məşğul olmaqdadır. Vay belə səhiyyə ocağının halına, orda çalışanların və ora müraciət edən xəstələrin halına. Zaqatala rayin merkezi xestexanasi indi sehiyye muesisesi olaraq demek olarki formal ad dasiyir. Indi zaqatala xestexanasi leyla seyideliyevanin hikkesinin, eqoizminin, menem menemliyinin, adina ve kreslosuna yarasmayan butun menfi idarecilik meyarlarinin yuva sakidigi mekana cevrilib. Bir vaxtlar Respublika miqyasında həkim tanınmış cərrah, keçmiş millət vəkili Hikmət Atayevin şəfallı əlləri ilə, gözəl mədəniyyəti və örnək idarəciliyi ilə ölkə səhiyyəsində ad çıxaran Zaqatala rayon mərkəzi xəstəxanası indi Leyla Seyidəliyeva ucbatından artıq bir nömrəli intriqa meydanına çevrilib. Zaqatala səhiyyəsi görün nə günə düşüb ki baş həkimin sözü ilə adam ölmürsə demək həkim tabe olmur ona görədə o həkim həmin xəstəxanada çalışa bilməz.(bakunews) Leyla Seyidəliyevanın Zaqatala səhiyyəsinə xeyrindən çox ziyanı dəymişdir. Beləki Zaqatala rayonunda uzun illər əziyyətlərlə yetişmiş hörmət, savadları ilə nüfuz qazanmış tanınmış həkimlərin illərlə çəkilən zəhmətləri məhv edərək onları həkimlikdən məhrum etmişdir. Zaqatalanın yeğanə mütəxəsisi olan Uroloq Hacımusa həkimidə işləməyə qoymayan və Mərkəzi xəstəxananın fironu olduğunu sanan Leyla Seyidəliyeva xəstəxananın inkişafını deyil, əhalinin sağlamlığını deyil sadəcə Zaqatalada aldığı 150 minlik mənzili 30 minlik avtomobilini və şəxsi cibinin marağındadır. Elə burda gözəl qələm sahibi Mirzə Ələkbər Sabirin sözləri yada düşür. "Millət necə tarac olur olsun nə işim var". Biz Zaqatala əhalisi hesab edirik ki, L.Seyidəliyeva sayəsində şöhrətlki rayon səhiyyəsinəıağır zərbələr vurulub. Vədə vurulmaqda davam edir. İndi isə can verdiyi görsənən Zaqatala səhiyyəsinə əvvəlki tək peşəkar savadlı etik normalara riayyət edən insanı dəyərləri özündə cəm edən vətəndaş gərəklidir. O vətəndaş ki, idarəcilik mədəniyyəti ilə bütün səhiyyəmizə dircəliş bəxş edə bilsin. Həm Zaqatala rayon xəstələrinə həm kollektivə və cəmiyyətə yararlı səhiyyə ocağının qurulmasında böyük qayğısı olsun. Düşünürük ki, möhtəbər dairələrdə rayon mərkəzi xəstəxanasının itirilmiş nüfuzunu özünə qaytarılması vacibdir. Dəyərli həkim kollektivi Aslan və Vəfa həkimlərin qanuni hüquqlarının müdafiə olunması üçün lazımı tədbir. Dəyərli peşə sahiblərinə peşələrini əmanət edərək səhiyyəti etibarlı ələrə verə bilərsiniz. Hörmətlə Zaqatala sakinləri adından ƏLİYEVA KAMİLƏ. P.S. Hörmətli nazir Oktay Şirəliyev Dəfələrlə sizlərə səlahiyyətli şəxslərinizə bütün bu rayonda baş verən özbaşınalıq ilə bağlı məlumatlarımızı dərc etməyimizə baxmayaraq siz susqunluğunuzu qorumaqdasınız. Zaqatala əhalisi bu susqunluğun, sükunətin səbəblərin öyrənmək istəyir. Bir rayonda ki, Səhiyyə şikayəti varsa o rayonun hansı sağlamlıq prinsiblərindən danışmaq hünərinə malikdir... sizcə??? (Rublika)


Conflict.az