TÜRKİYƏ 10 ÖLKƏYƏ YENİ SƏFİR TƏYİN ETDİ

Gündəm / Dünya

110

TÜRKİYƏ 10 ÖLKƏYƏ YENİ SƏFİR TƏYİN ETDİTürkiyə 10 ölkəyə yeni səfir təyin edib.

"Haber7" xəbər verir ki, rəsmi Ankaranın 22 ölkədəki səfirinin yeri dəyişdirilib.
Onlardan 12-si bundan sonra Türkiyənin Xarici İşlər Nazirliyində işləyəcək. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkunla yanaşı, Fransa, İtaliya, Xorvatiya, Panama, Makedoniya, Mozambik, Yeni Zelandiya, Tunis, Bruney, Bosniya-Hersoqovina və Moldovadakı səfirləri diplomatik fəaliyyətlərini XİN-də davam etdirəcəklər.
On ölkəyə isə yeni səfir təyin olunub.
Türkiyə Xarici İşlər Nazirliyi şöbə müdirinin müavini Erkan Özoral Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin olunub. O, bu vəzifədə indiki səfir İsmayıl Alper Coşkunu əvəzləyəcək.

Conflict.az