CƏLİLABADDA SƏHİYYƏ RƏZALƏTİ: BAŞ HƏKİMİN BAŞI NƏYƏ QARIŞIB?

Gündəm / Səhiyyə

235

CƏLİLABADDA SƏHİYYƏ RƏZALƏTİ: BAŞ HƏKİMİN BAŞI NƏYƏ QARIŞIB? Azərbaycan dövlətinin səhiyyə sisteminin inkişafı üçün göstərdiyi diqqət və qayğı, bu məqsədlə mərkəzi büdcədən ayrılan milyonlarla manat vəsaitin mövcudluğuna baxmayaraq sözügedən sahədə problemlər yetərincədir.

Xüsusilə də bölgələrdə vəziyyət daha acınacaqlıdır. Vətəndaşlar yerlərdəki səhiyyə ocaqlarına güvənmədiklərindən müalicə məqsədilə ya paytaxt Bakıya, ya da xarici ölkələrə üz tutur. Belə olan halda isə ortaya sual çıxır: bəs, rayonlardakı mərkəzi xəstəxanalar nəyə lazımdır? Axı onlar güvənlərini tam olaraq itiriblərsə dövlət büdcəsinə niyə əlavə yük olmalıdırlar? Mətbuat xəbər verir ki, fəaliyyəti qənaətbəxş olmayan belə səhiyyə ocaqlarından biri də Cəlilabad rayon Mərkəzi Xəstəxanasıdır. Rayon sakinlərindən daxil olan şikayətlərdə vurğulanır ki, Cəlilabad Mərkəzi Xəstəxanası səhiyyə ocağından daha çox bazarı xatırladır. Burada şprisdən tutmuş bintə qədər hər şeyi xəstə sahibləri özü almalıdır. Halbuki bu məqsədlə Səhiyyə Nazirliyinin xətti ilə Cəlilabad Mərkəzi Xəstəxanasına dərman perepatları ayrılır. Amma həmin dərmannların sonrakı taleyini Cəlilabad Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyevdən başqa heç kim bilmir. Bir faktı qeyd edək ki, məlumata görə səhiyyə nazirinin güzəştli dərmanlarla bağlı 1 dekabr 2005-ci il tarixli 141 №-li əmrindən (Bu əmrə sonrakı illərdə əlavələr olub) Cəlilabad xəstəxanalarında əsər-əlamət yoxdur. Xatırladaq ki, sözügedən əmrlə ölkəmizdəki səhiyyə müəssisələrinin 117 adda dərmanla pulsuz təminatı nəzərdə tutulur. Bu sıraya müxtəlif adlı vitaminlər və antibiotiklərlə yanaşı Tramkvilizatorladan Diazepon, Relanium və s. kimi uyuşdurucu dərmanlar da daxildir. Xüsusi ilə reanimasiya şöbələrində bu preparatlara təlabat daha çox olur. Cəlilabad rayonunun səhiyyə müəssisələrinin, xüsusi ilə də mərkəzi xəstəxananın bu dərmanlarla təminatı ilə bağlı ilginc məlumatlarımız var. Məlumatlarda bu dərmanların hansı trayektoriya ilə fırlanıb, hansı apteklərdə zühur etməsindən bəhs olunur...

Mənbə: Mətbuat


Conflict.az