İCRA BAŞÇISININ ADI KAZİNO BİZNESİNƏ QARIŞDI

Gündəm

111

İCRA BAŞÇISININ ADI KAZİNO BİZNESİNƏ QARIŞDIMirdaməd Sadıqovun Allahverdi Məmmədova bağışladığı torpaqlarda qumarxanaların və pritonların fəaliyyət göstərdiyi iddia olunur

İsmayıllının icra başıısı Mirdaməd Sadıqovun idarəçiliyinin bərbad şəkildə olması artıq dəfələrlə faktlarla üzə çıxarılıb. Onun dövlət büdcəsindən ayrılmış pulları silməsi, təyinatından kənar xərcləməsi, layihələrin smetasını şişirdiyi də çoxdan bəri məlum olan məsələlərdəndir.

Qeyd edək ki, vergilər naziri Fazil Məmmədovun kadrı olan Sadıqovun daha bir qəribə hərəkəti isə bu yaxınlarda aşkarlanıb. Belə ki, icra başçısının artıq torpaq alveri və kazino biznesinə dolayısı ilə girişdiyi iddiası ortalığa atılıb.

Oxuculardan biri Yeganə Babayeva bildirir ki, Mirdaməd Sadıqov artıq bəziləri ilə ciddi biznes əlaqələri quraraq, İsmayıllının torpaqlarını onlara verməyə başlayıb. Həmin şəxslərdən biri isə «Azərbaycan» Nəşriyyatının direktor müavini Allahverdi Məmmədov olaraq göstərilir.

Onun bildirdiyinə görə, icra başçısı Məmmədova İsmayıllıda hektarlarla torpaq sahələri bağışlayıb. Direktor müavini isə həmin ərazilərdə restoranlar tikir, istirahət mərkəzləri yaradır. Amma işin ən pis tərəfi isə odur ki, bu restoran və istirahət mərkəzləri sonradan əxlaqsızlıq yuvası və ya kazinoya çevrilməyə başlayır. Yeganə Babayeva onu da iddia edir ki, Allahverdi Məmmədov həmin sahədən qazandığı pulları icra başçısı Mirdaməd Sadıqovla bölüşdürdürür. \Politika.Az\
İCRA BAŞÇISININ ADI KAZİNO BİZNESİNƏ QARIŞDI
Conflict.az