NATO Əfqanistandan çıxmayacaq

Gündəm

177

NATO Əfqanistandan çıxmayacaq Yens Stoltenberqdən bəyanat.
Conflict.az xarici mətbuata istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq alyansın missiyanın bitməsindən sonra Əfqanistanda qalacağını bəyan edib. O bu barədə NATO-nun Antalyada keçirilən sammitində danışıb.
Stoltenberq qeyd edib ki, yeni missiya vətəndaş komandanlığı altında olacaq. Onun sözlərinə görə, missiyanın əsas məqsədi Əfqanistanın təhlükəsizlik institutlarının təlimatlandırılması olacaq.
Qeyd edək ki, “Qətiyyətli dəstək” proqramı 1 yanvarda, yəni NATO-nun əsas qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra başlayıb. Ümumilikdə sözügedən proqramda 12,5 min NATO hərbçisi iştirak edəcək.
ABŞ-ın Əfqanıstanda olduğu 13 il ərzində taliblər üzərində qələbə qazanmaq mümkün olmayıb. “Taliban”ın rəsmi nümayəndəsi Zabiyulla Mücahid bildirib ki, bu illər ərzində ABŞ və NATO Əfqanıstanda tam iflasa uğrayıb.