İCRA BAŞÇISI 5 UŞAQ ANASINI MƏSXƏRƏYƏ QOYDU - VİDEO

Gündəm / Video

192

İCRA BAŞÇISI 5 UŞAQ ANASINI MƏSXƏRƏYƏ QOYDU - VİDEO5 uşaqlı ailə sosial müavinət almaqda çətinlik çəkdikləri üçün Gədəbəy rayon İcra Hakimiyyətinə problemlərinin həlli üçün müraciət ediblər.

Ailənin vəziyyəti həddindən artıq acınacaqlı olduğu üçün Gədəbəydə yaşadıqları evlərindən çıxaraq ailə sahibi Nəsimi Həsənovun Sabunçuda kirayə yaşayan qardaşının evində məskunlaşıblar. 5 uşaq anası Fərqanə xanım deyir ki, problemlərimizlə bağlı Gədəbəy rayon İcra hakimiyyətinə yollandığımız zaman icra başçısı Ramiz Yediyarov 5 uşaqlı ailəni görərkən onları sanki ələ salirmiş kimi məsxərəyə qoyub. Ramiz Yediyarovun adı qalmaqallı məsələlərdə çox tez-tez hallanır. Bildirilir ki, onun rayona rəhbərliyi dövründə yerli məmurların özbaşına əməlləri vətəndaşların güzəranının pisləşməsinə, o cümlədən sosial problemlərin bir-birini əvəz etməsinə gətirib çıxarıb.
\ BTV.AZ\


Conflict.az