SAATLIDA TƏHSİL SKANDALI: MÜƏLLİMLƏRƏ TƏZYİQ EDİLİR

Gündəm

399

SAATLIDA TƏHSİL SKANDALI: MÜƏLLİMLƏRƏ TƏZYİQ EDİLİR Təhsil şöbəsinin müdir əvəzi Zeynal müəllim direktor Lətifə Həsənovanı niyə müdafiə edir?

Bir neçə gün öncə Saatlı rayon Xanlarkəndkənd orta məktəbində direktor Lətifə Həsənova (Məmmədova) ilə məktəbin ədəbiyyat müəllimi arasında baş verən xoşagəlməz insident barədə məlumat vermişdik. Direktor iclas keçirirək müəllimlərə tapşırıq verib ki, maaşlar veriləndə hər müəllim stajından asılı olaraq 10-15-20 manatdan pul versin. Səbəbi isə belə qoyub ki, yığılan vəsait Saatlı rayon Təhsil Şöbəsinə və İcra Hakimiyyətinə çatacaq. Ki, Xanlarkənd kənd tam orta məktəbinə hansısa yoxlama-filan göndərilməsin. Gözükölgəli müəllimlər direktorun şərti ilə razılaşsalar da, bir çox müəllim buna qarşı çıxıblar. Amma direktor buna əhəmiyyət verməyərək hər bir müəllimin pul verməli olduğunu vurğulayıb. Məkhaqları veriləndən sonra direktor Lətifə Həsənova Fatma və Nizami müəllimi sinif otaqlarına müəllimlərin üstünə yollayaraq iclasda tapşırılan pulları yığmağı göstəriş verib. Hətta verilən məlumata görə, Fatma müəllimə digər həmkarlarını dilə tutmaqla da pulu onlardan almaq istəyib. Bir sıra müəllim direktorun tapşırığına əməl etsə də, digərləri tələb olunan pulu verməkdən imtina edib. Bu isə direktorun qəzəbinə tuş gəlib. Məsələnin digər maraqlı tərəfi isə, direktor Lətifə Həsənova ilə Fatma müəllimə arasında baş verən münaqişə olub. Bir neçə gün öncə dərc edilən məqalədə vurğulanmışdı ki, direktor məktəb müəllimlərinin adına «Unibank»dan kredit götürüb. Həmin şəxslərdən biri də Fatma müəllimədir. Deyilənə görə, direktorun iclasda tapşıraraq təhsil şöbəsinin adına yığdığı pulların bir hissəsi Fatma müəllimin kreditinin aylığını bağlamaq məqsədi daşıyırmış. Elə ona görə də, Fatma müəllimə yığım məsələsində canfəşanlıq edirmiş. Verilən məlumata görə, müəllimlərin bir hissəsindən vəsait toplandıqdan sonra həmin pullar direktora verilib. Direktorsa Fatma müəllimin adına götürdüyü kreditin aylığını ödəmək üçün 358 manat pulu yenidən Fatma müəlliməyə qaytarıb. Bu isə banka ödəniləcək məbləğdən 10 manat az imiş. Elə bu 10 manata görə də, direktorla müəllim arasında dava-qırğın düşüb. Hətta direktor müəlliməni nəlayiq ifadələrlə təhqir etməkdən belə çəkinməyib. Beləliklə, direktorla müəllim arasındakı münaqişə böyük bir kollektivin gözləri qarşısında baş verib. Qeyd edək ki, yuxarıda qeyd etdiklərimizlə bağlı Təhsil Nazirliiynin mətbuat xidmətini rəhbəri Cəsarət Valehovla əlaqə saxlayaraq məsələyə münasibət öyrənməyə çalışdıq. Nazirlik rəsmisi isə qeyd olunanlarla bağlı nazirliyə sorğu göndərilməsini xahiş etdi. Cəsarət müəllimin xahişini nəzərə alaraq, 5 fevral tarixində nazirliyin press@edu.gov.az elektron ünvanına sorğu ünvanladıq. Bir həftə ərzində sorğunun cavablandırılmamasını bir kənara qoyub, keçirik sorğumuzdan sonra Saatlı rayonu, Xanlarkənd kənd orta məktəbində baş verənlərə. Belə ki, 11 fevral 2016-cı il tarixində saatlı rayon Təhsil Şöbəsinin vəzifəsini müvəqqəti icra edən Zeynal müəllim adıçəkilən məktəbə təşrif buyurmuş və məktəb kollektivinin iclsını keçirmişdir. Maraqlıdır ki, Zeynal müəllim bu məsələnin araşdırılmasına birtərəfli mövqe tutması ilə kollektivin diqqətini özünə cəlb edib və hər sözünün əvvəlində direktor Lətifə Həsənovanı müdafiə edib. Hətta müəllimlərlə təzyiq dili ilə danışmaqdan belə vaz keçməyib. Belə olan halda isə direktor Lətifə Həsənovanın seçdiyi müəllimlər dinlənilib. Amma başa düşülməyib ki, direktorun qohumu, yaxud onun sağ əli olan şəxslər rəhbərliyi pisləməz. Hətta müəllimlərdən pulun yığılması belə inkar edilib. Amma direktor Lətifə Həsənova abunə pulu yığdıqlarını etiraf edib. Abunə dedikdə nəyi nəzərdə tutduğunu isə yəqin Zeynal müəllim bilməmiş olmaz. Çünki keçirilən iclasda Zeynal müəllimin direktorun tərəfini necə saxladığı açıq-aydın hiss edilirmiş.\Gundəlik-baku.com\

Conflict.az