AZƏRBAYCANDA PROKUROR HƏBS EDİLDİ - RƏSMİ

Gündəm

237

AZƏRBAYCANDA PROKUROR HƏBS EDİLDİ - RƏSMİDələduzluq ittihamı ilə axtarışda olan sabiq prokuror saxlanılıb.

Barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarış elan edilən Pənah Pənahov həbs edilib.

Qusar Rayon Polis Şöbəsi tərəfindən bu ilin yanvar ayında axtarışa verilən sabiq prokuror Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Qusar RPŞ-dən məlumatı təsdiqləyiblər. Bildirilib ki, Pənah Pənahov əvəllər Quba rayon prokuroru olub.

Qusar rayon məhkəməsinin qərarı ilə P.Pənah barəsində həbs-qətimkan tədbiri seçilib.

(qafqazinfo)

Conflict.az