SAATLIDA ƏLİLİ MƏNZİLİNƏ PƏNCƏRƏSİNDƏN GİRMƏYƏ MƏCBUR EDİRLƏR - ÖZƏL

Gündəm / Bölgə

9 395

SAATLIDA ƏLİLİ MƏNZİLİNƏ PƏNCƏRƏSİNDƏN GİRMƏYƏ MƏCBUR EDİRLƏR - ÖZƏL Rayon məhkəməsi özünün çıxardığı qətnamənin icrasına biganəlik edir.

Ölkədə insanların narazılığının əsas səbəblərindən biri də yerlərdəki məmur özbaşınalığı və ya laqeyidliyidir. Əslində bu hal onsuzda sosial problemlərdən əziyyət çəkən ölkə insanının əsəblərini tarima çəkən amillərdəndir. Deməli ölkədə baş verəcək hər – hansl neqativ halın yaradıcısı rolunda yer alacaq şəxs, məhz məmur olacaq. Əslində dövlət başçısı bu problemi bildiyi üçün hər dəfə məmurlara sadə və vicdanlı olmağı tövsiyyə edir. Əfsuslar olsun ki, hətta ölkə rəhbərinin tövsiyyələrindən belə nəticə çıxarılmır. Bəzən rayon icra hakimiyyətlərinin başçıları, müavinləri və yerli müəssisə rəhbərləri tərəfindən o qədər qaza gətirilir ki, adamlar özlərini bölgənin şəriksiz ağası hesab edərək, “kölgəyə” çəkilirlər.
SAATLIDA ƏLİLİ MƏNZİLİNƏ PƏNCƏRƏSİNDƏN GİRMƏYƏ MƏCBUR EDİRLƏR - ÖZƏL
Buna dövlət vəzifəsinin səfası deyirlər. Əksərən bu tip rayonlarda idarəçilik qeyri-rəsmi olaraq hansısa müavinə “dövr” edilir. Və həmin rayon “beş günlük bəylikdir” prinsipi ilə idarə olunur. Saatlı rayonu da illərdir ki, bu tip idarəçiliyə üstünlük verib. Rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovu görmək artıq möcüzə hesab olunur. İlllərdir ki, rayonu əsasən başçının birinci müavini İlham Quliyev idarə edir, həm də öz bildiyi kimi. Rayonda baş verən bütün narazılıqların mənbəyinin də, məhz bu şəxsin olduğu söylənilir.
Conflict.az-a müxtəlif sənədlərlə müraciət edən Saatlı şəhər M.Ağayev küçəsi ev 18-də yaşayan Yusifova Firuzə Uğuz qızı bildirdi ki, 30 dekabr 2013-cü il tarixdə Saatlı rayon icra hakimiyyəti başçısının 198 saylı sərəncamı ilə hal-hazırda yaşadığı 18 saylı ümumi yataqxana binasının 2 otaqlı mənzili onun istifadəsinə verilmişdir. F.Yusifova II qrup əlildir. Tənha qadındır. Həmin mənzildə oğlu, II qrup əlil Həmzə Qəhrəmanovla birlikdə yaşayırlar.
SAATLIDA ƏLİLİ MƏNZİLİNƏ PƏNCƏRƏSİNDƏN GİRMƏYƏ MƏCBUR EDİRLƏR - ÖZƏL
Hər iki əlil, ana və övladı illərdir ki, mənzillərinə pəncərədən daxil olurlar. Əslində bu hal hər iki əlilin arzusu və ya onların Ginnesin rekordlar kitabına düşmək istəkləri ilə bağlı deyil. Sadəcə ailə məcburiyyətdən bu vəziyyətə düşüblər. XXI əsr Azərbaycanında qanunlar vətəndaşdan yana olsa da, müraciətdən göründüyü kimi Saatlıda qanunların icrası kim güclüdür prinsipi ilə həyata keçirilir. Əməkdaşımızla söhbətində F.Yusifova bildirdi ki, evdə olmadığı vaxt qonşuluqda yaşayan Əliyeva Gülbəniz Kərim qızı, ev sahibinin əşyalarının və geyiminin mənzilində olmasına baxmayaraq, onun mənzilini zəbt etmişdi. Daha sonra isə mənzilə gedən yolu hasarlamış, bununla da hər iki əlilin evinə giriş-çıxışının qanunsuz olaraq qarşısını almışdır. F.Yusifovanın G.Əliyevanı mənzilindən çıxarma tələbi ilə Saatlı rayon məhkəməsində qaldırdığı iddia, 14 may 2014-cü ildə təmin olunmuşdur.
SAATLIDA ƏLİLİ MƏNZİLİNƏ PƏNCƏRƏSİNDƏN GİRMƏYƏ MƏCBUR EDİRLƏR - ÖZƏL
G.Əliyeva zəbt etdiyi mənzildən çıxarılsa da, mənzilə giriş-çıxışı məhdudlaşdıran hasar sökülməmişdir. Mənzilindən qanunsuz şəkildə məhrum olunmuş F.Yusifovanın yolun açılması ilə bağlı yenidən Saatlı rayon məhkəməsində qaldırdığı iddia ərizəsi hakim Şahin Quliyevin sədrliyi ilə keçirilən 2 noyabr 2015-ci il tarixli məhkəmə iclasında təmin edilmiş və ətrafa çəkilmiş hasarın Gülbəniz Əliyevanın hesabına sökülməsi ilə bağlı qətnamə çıxarılmışdır. Şikayətçı bildirir ki, qətnamənin icra olunması üçün dəfələrlə Saatlı rayon məhkəmə qərarlarının icrası şöbəsinə müraciət etsəm də, nə məni dinləyən, nə də Azərbaycan Respublikası adından çıxarılmış qətnaməni icra edən var. Hələ də mən və əlil övladım bu laqeyidliyin nəticəsi oaraq mənzilimizə pəncərədən gırıb çıxırıq.
SAATLIDA ƏLİLİ MƏNZİLİNƏ PƏNCƏRƏSİNDƏN GİRMƏYƏ MƏCBUR EDİRLƏR - ÖZƏL
Oğlum və mən əlil olduğumuz üçün pəncərəyə qalxanda və enəndə əziyyət çəkirik. Ona görə də günümüzü əsasən qohumlarımızın evində keçiririk. Əşyalarımız nəzarətsizlikdən tamamilə yararsız vəziyyətə düşüb. Lakin Saatlı rayonunda bir nəfər belə bizi dinləyən, artıq dərdə çevrilmiş problemimizi həll etmək istəyən şəxs yoxdur.
Onu da qeyd edək ki, məhkəmə Gülbəniz Əliyevadan Firuzə Yusifovanın evini zəbt etməsinin səbəbini soruşanda, cavabdeh “evləri kiçik olduğundan, yaşayış şəraitini yaxşılşdırmaq üçün” bu addımı atdığını söyləyib. Qayıdaq yazının əvvəlinə. Yazının əvvəlində Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun özünü cəmiyyətdən təcrid etməsi və “Axırıncı aşırım” filmində Səmədin söylədiyi kimi - külli ixtiyarı da Qəmloya – İlham Quliyevə verməsi artıq fəsadlarını verməkdədir.
SAATLIDA ƏLİLİ MƏNZİLİNƏ PƏNCƏRƏSİNDƏN GİRMƏYƏ MƏCBUR EDİRLƏR - ÖZƏL
Əslində bu yazı və Saatlı rayon məhkəməsinin hakimi Şahin Quliyevin 2 noyabr 2015-ci ildə çıxardığı qətnamə Saatlı rayon icra hakimiyyəti başçısı Siraqəddin Cabbarov üçün SOS siqnalı olmalıdır. Əgər vətəndaş qətnamədə əksini tapdığı kimi “evləri kiçik olduğundan, yaşayış şəraitini yaxşılşdırmaq üçün” qanunları nəzərə almadan, zor tətbiq etməklə, Saatlı şəhərinin mərkəzində, İcra hakimiyyətinin, polis idarəsinin bir addımlığında bu cür hərəkətlərə yol verirsə və kimsə, hətta məhkəmə qərarı olduğu halda, o vətəndaşa dur deyə bilmirsə, deməli artıq İlham Quliyevin idarəçiliyi və ya idarəsizliyi fəsad verir. Həm də təhlükəli fəsad. Belə çıxır ki, Saatlı rayonunda kimin nəyə ehtiyacı varsa onun qonşusundan zorla ala bilər?
Biz Conflict.az onlayn ictimai – siyasi qəzeti olaraq Saatlı rayon icra hakimiyyətinə, Saatlı rayon məhkəmə qərarlarının icrası şöbəsinə və ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT EDİRİK: SAATLI RAYONUNDA II QRUP ƏLİLİ EVİNƏ PƏNCƏRƏDƏN GİRMƏYƏ MƏCBUR EDİRLƏR.

Redaksiya yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqeyini dərc etməyə hazırdır.

Mövzunu diqqətdə saxlayacağıq.

İstənilən məlumatdan istifadəyə yalnız Conflict.az saytına istinad etməklə icazə verilir


Conflict.az