Lənkəranın hərbi komissarı Zeynalovun adamı çıxdı

Gündəm

206

Lənkəranın hərbi komissarı Zeynalovun adamı çıxdıFaiq Əmirov sərəncama götürülsə də, keçmiş aparat rəhbərinin sayəsində yenidən işinə qayıda bilib

Lənkəranın hərbi komissarı Faiq Əmirov barədə ilginc məlumatlar daxil olub.

Bir müddət əvvəl Lənkəranın hərbi komissarı Əqid Bayroyevin yerinə təyinat alan Faiq Əmirov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri, "MTN işi"nə görə həbs edilən Vidadi Zeynalovla yaxın münasibətləri var.

Lakin Faiq Əmirovun Vidadi Zeynalovun da daxil olduğu MTN-in keçmiş şefi Eldar Mahmudovun yaratdığı şəbəkənin üzvü olub, olmaması tamlığıyla məlum deyil. Düzdür, daxil olan məlumatlarda Hətta Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin rəisi Arzu Rəhimov da Faiq Əmirovla işləməkdən narahat olduğu da deyilir.

Arzu Rəhimov ona görə adının "MTN işi"ndə hallana bilənəcəyindən ehtiyat edir. İddia olunur ki, Arzu Rəhimov Faiq Əmirovu işdən çıxarmaq istəsə də, onun əsas himayədarlarından olan icra başçılarından biri buna imkan vermir. Bildirilir ki, hələ bir müddət əvvəl Arzu Rəhimov onu sərəncama götürmüşdü. Lakin Vidadi Zeynalovla həmin icra başçısının təzyiqləri nəticəsində yenidən onu işinə qaytarıb. \anaxeber.az\
Conflict.az