Bu dairədə artıq seçki bitib - Elşad Həsənov isə özünü deputat elan edir

Gündəm

2 523

Bu dairədə artıq seçki bitib - Elşad Həsənov isə özünü deputat elan edirElşad Həsənov "Kaspian Konsaltinq" şirkətində və Seçki Qərargahında hər kəsə bildirib ki, yüksək səviyyədə onun deputatlıq məsləsi öz həlini tapıb

O hakim partiyanın namizədinin geri çəkilməsini də məhz özünün deputatlığa gedən yolunun açılması ilə əlaqələndirib.

Parlament seçkiləri yaxınlaşdıqca bir çox dairələrdə surpiriz isimlərin adları gündəmə gəlməkdə davam edir.Daxil məlumata görə 17 saylı Yasamal seçki dairəsindən namizədliyini irıli sürən "Kaspian Konsaltinq" şirkətinin hüquqşünası Elşad Həsənov artıq özünü millət vəkili elan edib.
Bu dairədə artıq seçki bitib - Elşad Həsənov isə özünü deputat elan edir
Etibarlı mənbənin bildirdiyinə görə Elşad Həsənov 17 saylı dairıdın namizıdliyi YAP tərəfindən irəli sürülən Xəzər rayon icra hakimiyyətinin müavini Lalə Əhmədovanın namizədliyini geri çəkməsindən sonra sevincinin həddi hüdudu yoxdur. Mənbə qeyd edir ki, "hakim partiya namizədini geri çəkdikdən sonra Elşad Həsənov "Kaspian Konsaltinq" şirkətində və Seçki Qərargahında hər kəsə bildirib ki, yüksək səviyyədə onun deputatlıq məsləsi öz həlini tapıb. O hakim partiyanın namizədinin geri çəkilməsini də məhz özünün deputatlığa gedən yolunun açılması ilə əlaqələndirib.

Bir neçə gün öncə adı çəkilən dairədən namizədini geri çəkdi. Hazırda sözügedən dairədə artıq YAP öz namizədi ilə mübarizə aparmayacaq. Seçkidə Elşad Həsənovun rəqibləri Şahin Abbasov (VİP), Mehriban Abdullayeva (BDU-nun pasport qeydiyyatçısı), Dünyamalı İmaməliyev (BAXCP), Cavad Quliyev (işsiz) və jurnalist İlhamiyyə Rzayevadır.\ AzMedia.info\
Conflict.az