MTN Bəylər Əyyubova tapşırılıb; Əliyevin mühafizə rəisi nazirlikdə oturur

Gündəm

376

MTN Bəylər Əyyubova tapşırılıb; Əliyevin mühafizə rəisi nazirlikdə otururÖlkə başçısı İlham Əliyevin şəxsi mühafizəxidmətinin rəisi, general-polkovnik BəylərƏyyubov hazırda MTN-dədir və bu qurumətrafında baş verənlərə şəxsən nəzarət edir.
Bu barədə məlumatı redaksiyamıza hakimiyyətdəki mənbə verib. Mənbənin sözlərinə görə, MTN-nin sabiq şefi vəzifəsindən azad olunandan dərhal sonra nazirlikdə aparılan əməliyyata da Bəylər Əyyubov rəhbərlik edib. Qeyd edək ki, əməliyyatı Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) keçirib. Bəylər Əyyubov həm də bu qurumun rəis müavinidir. Mənbənin sözlərinə görə, əməliyyatdan sonra da Bəylər Əyyubov MTN binasını tərk etməyib. O, nazirin kabinetində oturaraq vəziyyətə nəzarət edir.
Mənbə Bəylər Əyyubova belə bir səlahiyyətin verilməsini Ilham Əliyevin ona dərin inamından irəli gəldiyi ilə izah edib.
İnformasiya şöbəsi
Conflict.az