Gündəmdə Super Zapı

Gündəm

3 097

Gündəmdə Super Zapı General Motors konserni rəqəmsal dövrdə Müəlliflik hüququ haqqında Qanuna istinad edərək öz avtomobillərinin tüninqini qadağan etmək niyyətindədir.
Conflict.az xəbər verir ki,GM mütəxəssislərinin fikrincə, hazırda avtomobil elə böyük miqdarda elektron sistem və qurğularla təchiz edilir ki, onun işinə istənilən müdaxilə təhlükəsizliyə xələl gətirə bilər. Buna görə də yaxın dövrdə konsern öz brendi altında buraxılacaq bütün avtomobillərin tüninqinə qadağan qoymaq niyyətindədir. Bu qadağa təkcə fərdi avtomobil sahiblərinə deyil, ixtisaslaşmış emalatxanalara da tətbiq ediləcək.
Yeni layihə artıq GM, BMW, Fiat/Chrysler, Ford, Jaguar/Land Rover, Mazda, Mercedes-Benz, VAG, Volvo, Mitsubishi və başqa şirkətlər tərəfindən də dəstəklənib. Bununla belə, müstəqil ekspertlər bu fikirdədirlər ki, avtomobillərin tüninqini tamamilə qadağan etmək real deyil. Yəqin ki, yalnız elektron təhlükəsizlik sistemlərinə təsir edə biləcək tamamlama işləri qadağan ediləcək. Məsələn, aşağıdakı videoçarxda nümayiş etdirilən “Super-Zaporojets” müəllifləri üçün heç bir cəza gözlənilmir: Zaporojye avtomobil zavodu hələlik GM konserninin təşəbbüsünü dəstəkləməyib. Bir də ki, bu qocaman “Zapı”da elektron sistem heç anadangəlmə olmayıb axı...