Güneydəki proseslərə və Milli Azadlıq mübarizəsinə həsr olunmuş kitab çap olunub

Gündəm / Dünya

353

Güneydəki proseslərə və Milli Azadlıq mübarizəsinə həsr olunmuş kitab çap olunub Son günlər Güney Azərbaycanda soydaşlarımızın yaşam tərzinə və Milli mübarizəsinə həsr olunmuş dəyərli bir kitab işıq üzü görüb.
Əslən Quzey Azərbaycandan olan və hazırda İsveçdə yaşayan yazar Eluca Atalının “ Azadlıq hekayələri” adlı kitabı Türkiyədə “Aygan” nəşriyyatı tərəfindən çap edilərək oxuculara təqdim olunub. Ümid Partiyasının sədr müavini , BAO MŞ üzvü Rüfət Muradlının Conflict.az-a verdiyi məlumata görə, kitabda Güneydəki proseslər və Milli Azadlıq mübarizəsi öz əksini tapıb.
"Aprelin 1-dən 10-dək Türkiyənin Ankara, Canakkala, Bursa, İzmir və İstanbul şəhərlərində yazıçının “ Azadlıq hekayələri” və “Atlara kurşun sıkmayın” adlı kitablarının təqdimatı olacaq. Türkiyədəki soydaşlarımızın da bu təqdimat mərasimlərimdə fəal iştirakının Güney davasına böyük dəstək olacağına inanıram.."- deyə R.Muradlı bildirdi.