Məkkə faciəsinin yeni müəmması: SEPAH generalı yoxa çıxıb

Gündəm

211

Məkkə faciəsinin yeni müəmması: SEPAH generalı yoxa çıxıb
İran Səudiyyə Ərəbistanının ölkədəki diplomatik nümayəndəsini üçüncü dəfə Xarici İşlər Nazirliyinə çağırıb.
Bu intensiv çağırışların səbəbi iki gün öncə Məkkədə baş verən faciədə yoxa çıxmış İranlı zəvvarların taleyinə aydınlıq gətirməkdir. Rəsmi Tehran öz ölkəsindən olan ölü sayının 136-a yüksəldiyini açıqlayıb. 344 iranlı zəvvarın taleyindən isə xəbər yoxdur.
Taleyi müəmmalı İran vətəndaşlarından 2-si rəsmi Tehran üçün xüsusilə əhəmiyyətlidir. Onlardan biri İranın sabiq Livan səfiri Qəzənfər Rüknəbadi, digəri isə “İslam İnqilabının Keşikçiləri Korpusu”nun generalı Əli Əsgər Fuladgərdir.
Yaxın Şərqdə xüsusi vəzifələr yerinə yetirən SEPAH generalının itgin düşməsi ağıllara müxtəlif şübhələr gətirir. İran hökuməti məsələni yerində araşdırmaq üçün öz səhiyyə nazirini Məkkəyə göndərmək istəsə də, rəsmi Riyad buna icazə vermir.
Conflict.az