Səfər Mehtiyev gömrük postlarında şəxsən niyə yoxlama aparır? Gömrük Komitəsinin sədri dəyişdirilir » Conflict.az

Səfər Mehtiyev gömrük postlarında şəxsən niyə yoxlama aparır? Gömrük Komitəsinin sədri dəyişdirilir

Gündəm

278

Səfər Mehtiyev gömrük postlarında şəxsən niyə yoxlama aparır? Gömrük Komitəsinin sədri dəyişdirilirDünən axşam saatlarından etibarən ölkənin bir sıra Gömrük Keçid Məntəqələrində Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev şəsxən yoxlamalara başlayıb. Gundeminfo.az-ı bilgiləndirən mənbənin sözlərinə əsasən Səfər Mehdiyev yoxlama aparması ilə bağlı olaraq rəsmən komanda almadan, şəxsi təşəbbüsü ilə bu yoxlama-müşahidəyə rəhbərlik edib. Gömrük orqanlarındakı mənbənin sözlərinə əsasən belə yoxlamalar həyata keçirildiyi təqdirdə adətən ən yüksək səviyyədə yarımhərbi göstəriş verilməlidir. Bununla bağlı olaraq raport və rabitə əlaqəsi ilə məlumat verilməlidir.

Saytımıza bilgi verən mənbə iddia edir ki, gömrük sistemində belə yoxlamaların aparılması üçün əsasən komitə sədri Aydın Əliyevin göstərişi olmalıdır. Lakin Aydın Əliyevin əmri olmadan Səfər Mehdiyevin belə bir yoxlama həyata keçirməsi çoxlarında şübhələr yaradıb.

Onu da əlavə edək ki, Səfər Mehdiyevin Aydın Əliyevin yerinə keçmək üçün bir müddət əvvəl Nazirlər Kabinetinə təkliflər paketi yolladığı barədə bilgi vermişdik. Görünür cənab Mehdiyev artıq komitə sədri olmaqla bağlı ən yüksək səviyyədərazılıq ala bilib. Yoxsa müavinin sədrindən xəbərsiz ən yüksək siqnala yoxlama aparmaq qərarı alması o qədər asan deyil…
Conflict.az