Hərbi hissə komandirinin müavini həbs edildi - Rüşvət

Gündəm

560

Hərbi hissə komandirinin müavini həbs edildi - RüşvətAzərbaycan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandir müavini, polkovnik Fuad Qocayev rüşvət ittihamı ilə həbs edilib.

Moderator.az - a hərbi mənbələrdən verilən məlumata görə, F. Qocayev Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə bağlı istintaqa cəlb olunub və Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirlən şəxs qismində cəlb edilməklə Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
F. Qocayev hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Conflict.az