Bu deputatı parlamentdə axtarırlar - Şok detallar

Gündəm

438

Bu deputatı parlamentdə axtarırlar - Şok detallarHacı Salayev yenə deputat olmağı düşünür.
44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən mandat alan Hacı Salayevin parlamentdə daha 5 il görünmək arzusu var.
TİA.AZ xəbər verir ki, seçicilər 5 il müddətində deputatın nə üzünü görüb, nə də sorağını eşidib. Hacı Salayev 5 il müddətində parlamentdə də görünməyib. Bunu Azərbaycan mətbuatının parlamentdə çalışan nümayəndələri bildirib.
Bir müddət əvvəl modern.az saytının parlament jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində məlum olub ki, onlar Hacı Salayevə Milli Məclisdə rast olmayıblar. Hacı Salayev əgər parlamentin iclaslarında belə iştirak etmirsə, nəyə görə deputat olmağa çalışır?
Axı keçmiş MTN zabiti olan Hacı Salayev özünün böyük biznes sahələrini idarə etməyə güclə vaxt tapır, bəzən isə heç ona da vaxtı olmur. Ona görə də bir sıra biznes sahələrini müxtəlif adamlara tapşırıb.
Bu deputatı parlamentdə axtarırlar - Şok detallar
MM üzvü Konstitusiyanın tələblərini pozaraq özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Millət vəkili “Lake Palace Hotel”i tikdirib. Onun oğlu Turqut Salayev 10-TT-010, 90-DD-010 nömrəli bahalı maşınları ilə şəhərdə meydan sulayır.
Millət vəkillərinin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olması birmənalı şəkildə qadağandır. Millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də “Trust” Mühafizə Şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir. Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektləri var.
“Trust”un əməkdaşlarının mühafizə etdiyi böyük şirkətlər arasında “Pepsi-coca cola” şirkəti də var. Onu da qeyd etmək lazımdır ki, deputat tanınmış iş adamı, milyarder Telman İsmayılovla qohum olub.
Belə ki, Hacı Salayevin oğlu Kənan Salayev milyarderin qardaşı qızı Arzu Mərdanova ilə ailə həyatı qurub. Telman İsmayılovla qohum olandan sonra Hacı Salayevin maliyyə imkanları daha da genişlənib və bitərəf deputat obyektlərinin sayını artırmağa başlayıb. Onun Türkiyədə də biznes qurması yayılan xəbərlər arasındadır.
Conflict.az