Dövlət Neft Şirkətinin İdarə rəisi villasında işləyən fəhlələrin pulunu vermir » Conflict.az

Dövlət Neft Şirkətinin İdarə rəisi villasında işləyən fəhlələrin pulunu vermir

Gündəm

153

Dövlət Neft Şirkətinin İdarə rəisi villasında işləyən fəhlələrin pulunu vermir Dövlət Neft Şirkətində yüksək vəzifə tutanların bəzisi tapşırıqları yerinə yetirmir.

Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayevin özbaşınalıqları, tabeliyindəki işçilərin hüquqlarını pozması barədə xəbərlər var.

Belə ki, Qaz İxrac İdarəsi rəisi Fatmayıdakı villasının tikintisində işləyən fəhlələrin pulunu vermir. Bir qrup fəhlə Qağaməli Seyfullayevin onların haqqını yediyini bildirirlər. Onların gundelik-baku.com-a müraciətində qeyd olunub ki, podratçı şirkətdə işləyirlər:


Müdirimiz Nazir müəllimdir. Təxminən 1 il Qağaməli müəllimin Fatmayıda tikdirdiyi villada işləmişik. Amma pulumuzun yarısını bu günə kimi ala bilməmişik. Nə vaxt pulumuzu tələb ediriksə, Nazir müəllim deyir ki, Neft Şirkəti hələ vəsait köçürməyib.

İş icraçısı isə Qağaməli Seyfullayevin tikinti üzrə müavini Hikmət Həsənovdur. İdarə rəisinin bütün tikinti işlərinə məhz bu şəxs nəzarət edir. Həmçinin Qaz İxrac İdarəsinin tikinti layihələrinə ayrılan vəsaitləri də bu şəxs nəzarəti altında saxlayır.

Fəhlə adamlarıq, hərəmizin bir çətən ailəsi var. Niyə pulumuzu vermirlər? Qağaməli Seyfullayevin özü üçün tikdirdiyi imarət artıq hazırdır. Digər qonaq evində isə təmir işləri gedir. Onun pulu, var-dövləti çoxdur. Amma bizim yaşayışımız fəhləlikdən çıxır”.

Narazı fəhlələr deyir ki, idarə rəisi tikinti işlərinə baxmağa gələndə hər dəfə cibindən yüzlük "paçka"sı çıxarır, sanki onlara acıq verir: “Az qalıb ki, o tikdirdiyi imarətlərə lift quraşdırsın. İmarətin aqlay üzləməsinin puluna bir ev də tikmək olardı. İdarə rəhbəri villasına milyonlar sərf edir. Ancaq bizim əməyimizin haqqını vermir. Allah böyükdür, bu haqsızlığı, özbaşınalığı yerdə qoymaz".

Müraciət edən fəhlələr Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevdən Qağaməli Seyfullayevin fəaliyyətini yoxlamasını xahiş edilər.
Conflict.az/tia