Yeni prezident qalmaqala səbəb oldu

Gündəm

149

Yeni prezident qalmaqala səbəb olduŞimali Kipr Türk Respublikasında keçirilən prezident seçkilərində mərkəz-solçu lider Mustafa Akıncının qalib gəlməsi, eyni zamanda, Kipr yunanlarının da sevincinə səbəb olub. Yunanlar Akıncının seçki kampaniyasında verdiyi vədinə əməl edəcəyini gözləyirlər.
Akıncı Şimali Kipr Türk Respublikası ilə Şimali Kipr arasında düşmənçilik münasibətlərinə son qoyacağını və münaqişənin həlli istiqamətində siyasi danışıqları bərpa edəcəyini bildirmişdi.
1983-cü ildə Şimali Kiprdən müstəqilliyini elan edən Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə təkcə Türkiyə hökuməti tərəfindən tanınır. Türklər Şimali Kipr Türk Respublikasına “yavru vətən” deyirlər.
Conflict.az xəbər verir ki, Şimali Kipr prezidenti Nikos Anastasiadis tvitter səhifəsində bildirib ki, Akıncının qələbəsi adada müştərək vətəninin formalaşdırılmasına ümid verir. Anastasiadis Akıncı ilə görüşməyə hazır olduğunu bildirib.
Tərəflər arasında danışıqlar may ayında yenidən başladılacaq.
Şimali Kiprin xarici işlər naziri İoannis Kassulides rəsmi Ankaranı danışıqların baş tutmasına imkan verməyə çağırıb.
Mustafa Akıncının Türkiyə ilə münasibətdə ölkəsini “yavru vətən” deyil, Türkiyə ilə iki qardaş ölkə adlandırması isə, rəsmi Ankaranın qəzəbinə səbəb olub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Akıncı bu barədə dediyi sözlərə diqqət yetirməlidir. Ərdoğan sözlərinə görə, Türkiyə Şimali Kipr Türk Respublikasını qorumaq üçün onun uğrunda şəhidlər verib.
“İki qardaş ölkə dedikdə müxtəlif mənzərələr yarana bilər. Cənab prezidentin ağzından çıxanı qulağı eşitməlidir. Türkiyənin Şimali Kipr Türk Respublikasına indiyə qədər sahib çıxmasını bir səbəbi var. Bu səbəbləri indi burada açıqlamağa ehtiyac yoxdur”
“Bu ölkə Şimali Kipr Türk Respublikasında bir bədəl ödəyib və indi də bu bədəli ödəyir”
Akıncı çıxışı zamanı “yavru vətən”inin artıq böyüməyə ehtiyac duyduğunu qeyd edib. Bu isə, Ankarada Şimali Kipr Türk Respublikası, sanki, müstəqil siyasət yürüdürmüş kimi ab-hava yaradıb.