Şimali və Cənubi Koreya razılaşdı: Danışıqlar başlayır

Gündəm

150

 Şimali və Cənubi Koreya razılaşdı: Danışıqlar başlayırCənubi Koreya və Koreya Xalq Demokratik Respublikası Koreya yarımadasında yaranan insidentə görə ən yüksək səviyyədə danışıqlar aparmaq barədə razılığa gəliblər.

Conflict.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, liderlərin ən yaxın köməkçiləri arasında görüş Cənubi Koreya ilə Şimali Koreya sərhədində yerləşən Pxanmuncda baş tutacaq.

Qeyd edək ki, Cənubi Koreya bir müddət öncə Şimali Koreya ilə sərhəddə səsgücləndiricilər quraşdırmışdı. Pxenyanın narazılığına səbəb olan bu addım sonradan tərəflər arasında qısamüddətli atışmaya səbəb olmuşdu.
Conflict.az