NATO-dakı müttəfiqindən Ankaraya şok zərbə

Gündəm

255

NATO-dakı müttəfiqindən Ankaraya şok zərbə Ankaranın NATO-dakı müttəfiqi olan Almaniya Türkiyəni Suriyadan ediləcək mümkün raket hücumu qarışında müdafiəsiz qoyur.

Conflict.az Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniya məhz Suriyadan ola biləcək raket hücumuna qarşı 2012-ci ildə Türkiyəyə yerləşdirdiyi “Patriot” sistemlərini geri çəkir.

Almaniya qərarını Suriyadan Türkiyəyə bir təhdidin olmaması ilə izah edib. Almaniya mediasının yazdığına görə, ABŞ da sözügedən məsələ ilə bağlı eyni fikirdədir.

“Patriot”ların geri çəkilməsinin qarşıdakı günlərdə başlanması gözlənilir. “Patriot”larla birlikdə 250 alman hərbçisi də Türkiyədən gedəcək.
Conflict.az