Adı bele qüsurlu seçen jurnalist üçün bu yazı gerçekden bir peşe faciesidir

Gündəm / Cəmiyyət

200

Adı bele qüsurlu seçen jurnalist üçün bu yazı gerçekden bir peşe faciesidir "Bu gün mediada Elbrus Ərud imzasıyla belə bir yazıya rast gəldim-"Azərbaycanlıların yersiz türkçülüyü" .
Adı belə qüsurlu seçen jurnalist üçün bu yazı gerçəkden bir peşə faciəsidir".


Conflict.az
-ın xəbərinə görə, bunu FB səhifəsində Rüfət Muradlı yazıb. R. Muradlının yazdəğını olduğu kimi oxuculara təqdim edirik:

"Əvvəla Türkçülük deyilən məfkurənin əsası Krımda ve Qafqazda, başqa sözle Azerbaycanda qoyulub. Yəqin ki, yazı müəllifi İsmayıl Qaspralı, əli bey Hüseynzadə, Yusuf Akçura, Əhmed Ağaoğlu kimi isimləri başqa jurnalist həmkarlarından defelerle eşidib. Elə isə Türkçülük məfhumunu ,özü də qərəzli şəkildə Türkiye ilə bağlamaq ən yumşaq mənada savadsızlıqdır. Amma söhbət Anadolu türklərinə olan sevgimizdən gedirsə bu da təbiidir. Çünki bu sevgi həm də bizim 1918-ci ildə nicatımızla bağlı vəfa borcumuzdan da irəli gəlir. Bizlər Nuru Paşa, Ənver Paşa, Xəlil Paşaların öndərliyində olan Qafqaz İslam Ordusunun Güneyli, Quzeyli Azərbaycan türklərini soyqırımdan nicat vərməsini unutmuruq.Əslində bu tarixi faktı bilmeyən indi orta məktəb şagirdi belə yoxdur. O ki qaldı al bayrağa olan sevgiyə. Azərbaycan türkləri olaraq üçrəngli bayrağımız kimi bizə qardaş olan bir ölkənin bayrağını da sevməkdə kimisə suçlamaq yalnız əbləhlik kimi dəyərləndirilə bilər. Zatən bu bayraqlar yanaşı dalğalananda şimalda da, cənubda da qıcıqlananlar az deyil. Elə isə cəmiyyətimizin neqativ təmayüllərlə zəhərləndirildiyi həssas bir dönəmdə bu kimi sevgi aşılayan nəsnələrə nəinki qarşı çıxmaq, əksine dəstək olmaq lazımdır. Əlbəttə əgər bunu dərk edir ve buna inanırıqsa.."

Conflict.az