Müxalifət fəalı həbs edildi

Gündəm

179

Müxalifət fəalı həbs edildi O, Ermənistan Milli təhlükəsizlik xidmətinin təcridxanasında saxlanılır.
Müxalif “Ermənistan milli konqresi”nin üzvü Tigran Arakelyan həbs edilib.

Conflict.az-ın məlumatına görə, hazırda o, Ermənistan Milli təhlükəsizlik xidmətinin təcridxanasında saxlanılır.
Müxalifət fəalı həbs edildi
Konqresin hüquqşünası Armen Xaçaturyan mətbuata açıqlamasında, onun barəsində həbs-qətimkan tədbiri seçildiyini bildirib, amma ətraflı məlumat verməyib. İlkin məlumatlara görə o hədə-qorxu və qarayaxma ilə pul qoparmada ittiham olunur.
Müxalifət fəalı həbs edildi

Tigran Arakelyan

Tigran Arakelyan son vaxtlar Rusiyada yaşayırmış və İrəvana bir neçə gün bundan əvvəl gəlib. “Ermənistan milli konqresi”nə keçmiş prezident Levon Ter Petrosyan rəhbərlik edir. Konqres dəfələr ölkə paytaxtı İrəvanada hökumətin istefası tələbi ilə etiraz aksiyaları təşkil edib.
Conflict.az