Dərs ilinin uzadılması ilə bağlı təkliflər hazırlanır

Gündəm / Elm

71

Dərs ilinin uzadılması ilə bağlı təkliflər hazırlanır
Biz buraxılmış dərs müddətinin əvəzlənməsi və bərpa olunması ilə bağlı müxtəlif variantları nəzərdən keçiririk.

Bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-nin efirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tədris müddəti bərpa olunandan sonra Təhsil Nazirliyi bütün amilləri nəzərə alaraq, Azərbaycanda dərs ili ilə bağlı yekun təkliflər hazırlayıb hökumətə təqdim edəcək.

"Təbii ki, tədris ili ilə bağlı olan qərarların verilməsi hökumətin səlahiyyətindədir", - deyə C.Bayramov əlavə edib.

Conflict.az