Ölkədə 1 həftə dərs olmayacaq

Gündəm / Elm

91

Ölkədə 1 həftə dərs olmayacaq
İranın 8 əyalətindəki təhsil ocaqlarında koronavirus epidemiyası ilə bağlı tətil elan edilib.

Tehran, Qum, Ərdəbil, Elbrus, Gilan, Həmədan və Qəzvin vilayətlərində orta məktəblər, universitetlər, həmçinin dini təhsil qurumlarında tədrisə fasilə verilib.

Bildirilir ki, bəzi əyalətlərdə tədris ocaqlarında 1 gün, bəzilərində 2 gün, bəzi bölgələrdə isə 1 həftəyə kimi tətil olacaq. Tətil günlərinin uzadılacağı da ehtimal edilir.

Eyni zamanda, ölkədəki bütün idman yarışları da 10 gün müddətinə təxirə salınıb.

Qeyd edək ki, İranda koronavirusdan 6 nəfər ölüb, yoluxanların sayı isə 28-ə çatıb.

Conflict.az